(1:13 / 9.25Mb / просмотров видео: 181)

Tərtərdə daha bir ölüm: Ermənistan SQ 16 yaşlı gəncin həyatına son qoydu video

129
Ermənistan SQ səhər saatlarından Ağdərə istiqamətindən Tərtər rayonunun ərazisini yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur. Nəticədə Tərtərdə 16 yaşlı gənc dünyasını dəyişib.

Ermənistan SQ dinc əhalimizə qarşı hərbi cinayət törətməyə davam edir. Baş Prokurorluq məlumat verib ki, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri raketin düşdüyü yerə baş çəkə bilib, yerli sakinlərlə söhbət edib. Onlar xəbər verib ki, hadisə 16 yaşlı gənc bağında xurma yığarkən baş verib. Onlar təcili olaraq onu xəstəxanaya çatdırmağa çalışsalar da, həyatını qurtara bilməyiblər. Gənc Orxan aldığı qəlpə yarasından dünyasını dəyişib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 24-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

129

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

12
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

12

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi video

67
(Yenilənib 16:32 27.11.2020)
Anar Quliyev Suqovuşanın azad edilməsində iştirak edib, oradaca minaya düşərək bir ayağından məhrum olub. Onun qəhrəmanlıq əhvalatını videomuzda izləyin.

Vətən Müharibəsinə yollanan bütün igid oğullarımızın amalı bir olub – sona qədər bütün torpaqlarımızı qarış-qarış azad etmək. Bu onların canı bahasına başa gəlsə də, onlar bir an belə tərəddüd etmədən canlarını Vətən uğrunda fəda ediblər. Belə igidlərdən biri də Quba rayonu Amsar kənd sakini Anar Quliyevdir.

Bir ilin əsgəri olan Anar, oktyabr ayının 13-dən 14-nə keçən gecə Suqovuşan ərazisində minaya düşüb, sağ ayağının aşağı hissəsini itirib. Qazimiz ayağını itirdiyinə yox, tez yaralandığına görə peşman olduğunu bildirib. O, sonacan vuruşmaq istəyirdi.

“Hamı şad idi ki, irəli gedirik. Hamı arzu edirdi ki, geri qayıtmarıq, axıra qədər gedərik. Belə də oldu. Şükür Allaha, torpaqlarımız işğal altından azad edildi”, -deyə qəhrəman Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

Əldə etdiyimiz böyük qələbədə az da olsa payı olduğu üçün sevinən Anar son dəqiqəyə qədər ailəsinə yaralı olduğunu demək istəməyib. Onun valideynləri isə onunla fəxr etdiyini, ayağını itirsə də özü sağ qaldığına görə şükür etdiklərini deyiblər.

67
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0