(1:47 / 14.31Mb / просмотров видео: 3344)

Yerdəyişmə etməyə hazırlaşan Ermənistan SQ-nə belə zərbə endirildi - VİDEO

568
(Yenilənib 17:16 23.10.2020)
Azərbaycan hərbçiləri yerdəyişmə etməyə hazırlaşan Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və zirehli texnikasını məhv edib.

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan hərbçiləri yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv edib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

568
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

12
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

12

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi video

67
(Yenilənib 16:32 27.11.2020)
Anar Quliyev Suqovuşanın azad edilməsində iştirak edib, oradaca minaya düşərək bir ayağından məhrum olub. Onun qəhrəmanlıq əhvalatını videomuzda izləyin.

Vətən Müharibəsinə yollanan bütün igid oğullarımızın amalı bir olub – sona qədər bütün torpaqlarımızı qarış-qarış azad etmək. Bu onların canı bahasına başa gəlsə də, onlar bir an belə tərəddüd etmədən canlarını Vətən uğrunda fəda ediblər. Belə igidlərdən biri də Quba rayonu Amsar kənd sakini Anar Quliyevdir.

Bir ilin əsgəri olan Anar, oktyabr ayının 13-dən 14-nə keçən gecə Suqovuşan ərazisində minaya düşüb, sağ ayağının aşağı hissəsini itirib. Qazimiz ayağını itirdiyinə yox, tez yaralandığına görə peşman olduğunu bildirib. O, sonacan vuruşmaq istəyirdi.

“Hamı şad idi ki, irəli gedirik. Hamı arzu edirdi ki, geri qayıtmarıq, axıra qədər gedərik. Belə də oldu. Şükür Allaha, torpaqlarımız işğal altından azad edildi”, -deyə qəhrəman Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

Əldə etdiyimiz böyük qələbədə az da olsa payı olduğu üçün sevinən Anar son dəqiqəyə qədər ailəsinə yaralı olduğunu demək istəməyib. Onun valideynləri isə onunla fəxr etdiyini, ayağını itirsə də özü sağ qaldığına görə şükür etdiklərini deyiblər.

67
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0