QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

86 yaşlı mingəçevirli qadın təqaüdünü Ordumuza ianə edib – video

Abunə olmaq
Mingəçevirdə yaşayan 86 yaşlı Gülavər Aslanova 1 aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım fonduna ianə edib. Daha ətraflı videomuzda izləyin.

Gülavər Aslanova şəhidliyin nə olduğunu çox yaxşı bilir. Atası İkinci Dünya müharibəsində şəhid olub. 86 yaşlı təqaüdçü indi tənha yaşasa da, cəbhədə döyüşən əsgərlərin onun övladları olduğunu deyir və bu addımı atmaqla onlara, az da olsa, yardım etmiş olduğuna ümid edir.

“Ölməyə hazıram, təki torpaqlar qayıtsın”: Ağdamda mərmi yağışı davam edir – video  - Sputnik Azərbaycan
VİDEO
“Ölməyə hazıram, təki torpaqlar qayıtsın”: Ağdamda mərmi yağışı davam edir – video

Mingəçevirin yaşlı sakini ölkə başçısının televiziyadan qələbə xəbərlərini izlədikcə, ömrünün uzandığını deyir.

“Qələbə xəbərini alan kimi Şəhidlər Xiyabanına gedib, üstlərində dua oxuyacağam. Deyəcəyəm ki, “ay bala, qanınız yerdə qalmadı”, - deyə Gülavər xala Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

Onun yeganə arzusu bütün əsgərlərimizin sağ-salamat qələbə xəbəri ilə qayıtmasıdır.

Xəbər lenti
0