QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video

Abunə olmaq
Sənayət Qəhrəmanova bir gecədə gəlinini və üç nəvəsini itirib. Nəvələrindən biri Ləman bu il tələbə olacaqdı, arzuları gerçəkləşəcəkdi. Amma Ermənistan SQ-nin atdığı raket mərmisi onun bütün xəyallarını puç etdi.

Ermənistanın törətdiyi terror nəticəsində Sənayət Qəhrəmanova gəlinini və üç nəvəsini itirib. 18 yaşlı nəvəsi Ləman Qəhrəmanova yenicə tələbə adını qazanmışdı. Ləmanın ata-anası həmin gecə evdə olmayıblar. Geri qayıdanda isə qızlarının dağıntılar altında qaldığı xəbərini eşidiblər.

Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb - Sputnik Azərbaycan
VİDEO
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb

Sənayət nənənin digər iki nəvəsi, gəlini Xatirənin uşaqları isə heç məktəbi bitirməmişdilər.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

Xəbər lenti
0