(1:49 / 11.55Mb / просмотров видео: 193)

Atəş dayanmaq bilmir: Ermənistan SQ daha bir qəbiristanlığa zərbə endiriblər– video

272
(Yenilənib 20:09 18.10.2020)
Heç bir müharibə qanunu saymayan Emənistan Silahlı Qüvvələri humanitar atəşkəsə də məhəl qoymur. Gecə saatlarından etibarən erməni qoşunları Ağdamın müxtəlif kəndlərinə mərmi yağdırıb. Daha ətraflı – videomuzda.

Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozmağa davam edir. Düşmən ordusu cəbhəyanı yaşayış məntəqələri ilə yanaşı, müxtəlif infrasturktur obyektlərinə də ciddi ziyan vurur. Lakin erməni vandalizmi bununla bitmir. Onlar hətta qəbiristanlıqları da atəşə tutmaqdan çəkinmir. Ağdamda da qəbiristanlıqlar Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya və top atəşlərinə məruz qalır. Əhmədağalı kənd qəbiristanlığına düşən mərmilər də xeyli ziyanlıq törədib.

Qəbirlərdən bəziləri əvvəlki günlərdə, bəziləri isə ötən axşam atılan mərmilərdən dağılıb. Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri düşmənin bu cür təxribatlarından qorxmadıqlarını və ordumuza güvənərək öz kəndlərində yaşadıqlarını, təsərrüfat işləri ilə məşğul olduqlarını bildiriblər.

Bundan başqa, ötən axşam Ağdamın cəbhəyanı yaşayış məntəqələri ağır artilleriyadan və toplardan intensiv atəşə tutulub. Atılan mərmilər cəbhəyanı kənd və qəsəbələrdə xeyli ziyana səbəb olub. Mərmilərdən biri Qaradağlı kənd sakini Mehman Ağaməmmədova məxsus evin həyətinə düşüb. Mərmi evə və meyvə ağaclarına xeyli ziyan vurub. Bu, müharibə başlayandan bu günə kimi bu həyətə düşən 3-cü mərmidir. Aprel döyüşləri zamanı da Ermənistan ordusunun atdığı mərmilərdən biri Mehman Ağaməmmədovun həyətinə düşərək xeyli ziyan vurub.

272
(1:25 / 11.15Mb / просмотров видео: 468)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

96
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

96
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:35 / 20.05Mb / просмотров видео: 112)

Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir video

118
(Yenilənib 13:59 24.10.2020)
Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

118

Müdafiə Nazirliyi: Havadan qurudan darmadağın davam etdirilir

0
Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir və bölmələrimiz döyüş şəraitinə nəzarət edir.

BAKI, 25 oktyabr — Sputnik. "Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: "Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə