(2:34 / 20.55Mb / просмотров видео: 161)

Əhmədiyeva göz yaşlarını gizlətmədi: azərbaycanlı müğənni yenə səhnədədir “Sən supersən!”

156
(Yenilənib 16:38 17.10.2020)
Azərbaycanı “Sən supersən!” adlı layihədə təmsil edən Bakıdakı uşaq evində böyümüş Xanım Əhmədiyeva yenidən Moskva səhnəsinə qayıdıb. Gənc azərbaycanlının növbəti mərhələyə keçib-keçmədiyini videodan izləyin.

Rusiyanın NTV kanalında “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin dördüncü mövsümü start götürüb. Tədbir Sputnik Beynəlxalq Agentliyi və Radiosunun dəstəyi ilə keçirilir. Azərbaycanı layihədə Bakıdan olan 15 yaşlı Xanım Əhmədiyeva təmsil edir. O keçən ildən müsabiqəyə qoşulub.

Bu il gənc müğənni yenidən Moskva səhnəsinə qayıdıb və məşhur “Qaya” vokal qrupunun “Ey həyat, sən nə qəribəsən” adlı hitini səsləndirib.  Təəssüf ki, münsiflər heyətinin səsverməsinin nəticəsinə əsasən, Əhmədiyeva beynəlxalq müsabiqənin növbəti mərhələsinə keçə bilməyib.

Bununla belə, Xanım deyib ki, “Sən supersən!” müsabiqəsində iştirak ona böyük təcrübə qazandırıb və vokal sənətini davam etdirməyə ruhlandırıb.

Xanım Əhmədiyeva: "Sən Supersən!" mənim üçün ailə olub >>

Qeyd edək ki, X. Əhmədiyeva beş il bundan əvvəl valideynləri boşandığı üçün qardaşı ilə birlikdə uşaq evinə verilib. Xanımın bacısını isə xalası öz himayəsinə götürüb. Gənc müğənni bacısı üçün çox darıxdığını bildirib.

“Sən supersən!” beynəlxalq vokal müsabiqəsi valideyn himayəsindən məhrum olan istedadlı uşaqlara böyük səhnələri fəth etmək imkanı verir. Yeni mövsümdə müsabiqədə internat-məktəbləri, uşaq evlərindən olan və ailələrə himayəyə verilmiş 58 uşaq və yeniyetmə iştirak edir.

156
(0:45 / 4.80Mb / просмотров видео: 126)

Ermənistan ordusunun hədəfi mülki obyektlərdir: Ağdam məktəbinə mərmi düşdü - VİDEO

87
(Yenilənib 18:18 26.10.2020)
Ermənistan ordusu bütün gün ərzində Ağdam istiqamətində atəşkəsi pozmağa davam edib. Məktəbə mərmi düşdü.

Səhər saat 8:00-dan yenidən humanitar atəşkəs olunsa da, Ermənistan silahlı qüvvələri ənənəsinə sadiq qalaraq atəşkəsə məhəl qoymayıb.

Ağdam rayonunun ən çox atəşə məruz qalan yaşayış məntəqələri rayonun Çıraqlı, Çəmənli, Əfətli, Qaradağlı, Əhmədağalı və Qərvənd kəndləridir. Mərmilərin çoxu yaşayış məntəqələrinin ətrafındakı boş sahələrə düşüb. 

Atılan mərmilərdən biri Qaradağlı kənd tam orta məktəbinə xeyli ziyan vurub. Bu məktəbə bir neçə gün əvvəl də bir mərmi düşmüş və təhsil ocağına ziyan vurmuşdu. Bu gün atılan mərmi də məktəbin həyətinə düşüb. Nəticədə də məktəbin şüşələrinin əksəriyyəti qırılıb və sinif otaqları yararsız vəziyyətə düşüb. Ermənistan ordusu bütün gün ərzində Ağdam istiqamətində atəşkəsi pozmağa davam edib.

Qeyd edək ki, oktyabrın 26-sı səhər 8:00-dan etibarən Ermənistan ordusu Azərbaycanın Ağdam, Tərtər, Laçının Səfiyan kəndi, Füzuli, Daşkəsən, Tovuz, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

87
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(0:59 / 7.10Mb / просмотров видео: 94)

Dinclik verməyən atəşkəs səhəri: Tərtər artilleriya zərbələrinə tuş gəldi - VİDEO

79
(Yenilənib 16:11 26.10.2020)
Bu səhər saat 8:00-dan yenidən humanitar atəşkəs elan olunub. Lakin yenə də Ermənistan silahlı qüvvələri atəşkəsə əməl etməyərək yaşayış məntəqələrimizi atəşə tutmağa başlayıb. Ərtaflı videomızda baxın.

Bu səhər xüsusən Tərtərin Qapanlı, Qazyan, Hüsənli, Səhlabad kəndləri və rayon mərkəzi ağır artilleriyadan atəşə tutulub.

Təkcə Qazyan kəndində bir neçə evə ziyan dəyib. Düşmən ordusunun atəşkəsin ilk dəqiqələrində atdığı mərmilərdən üçü kənd sakini Fənər Balakişiyevanın evinə və həyətinə düşüb. Mərmilərdən ikisi evin arxasına düşərək təsərrüfata xeyli ziyan vurub. Biri isə evin üstünə düşərək onu tamamilə dağıdıb. 

Kənd sakini Yasin Cəfərovun həyətinə düşən mərmi də evə və təsərrüfata xeyli ziyan vurub.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

79
Teqlər:
Tərtər, Atəşkəsin pozulması, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Здание министерства обороны Азербайджанской Республики

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

17
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda bildirilir.

17