(1:22 / 10.20Mb / просмотров видео: 182)

Möcüzəvi şəkildə sağ qalan ikiyaşlı Nilay bir daha valideynlərini görə bilməyəcək video

770
(Yenilənib 14:44 16.10.2020)
İkiyaşlı Nilay möcüzə sayəsində Gəncə faciəsindən sonra sağ qalıb, belə ki, onunla birlikdə yatan hər iki valideyni, digər otaqdakı nənəsi dünyasını dəyişib. Daha ətraflı – videomuzda

Gəncə terroru zamanı ikiyaşlı Nilay atası Adil, anası Günay, nənəsi Afaq Əliyevləri itirib. Evdə yaşayan 4 nəfər arasında yalnız Nilay möcüzəvi şəkildə sağ qala bilib. Balaca qız hal-hazırda nənəsi Sevil Babazadənin himayəsindədir.

“Mən dağıntıları öz gözümlə gördüm. Nəvəmin oradan salamat çıxması möcüzədir, çünki o, anası və atası ilə birgə yatırdı”, - deyə Sevil xanım Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

770
Əlaqədar
Kamran Əliyev Gəncə hücumu barədə: "Terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Xarici diplomatlar Gəncə və Mingəçevirə gedir
"Diplomatlar Paşinyanın Gəncə sakinlərinə qarşı törətdiyi cinayətləri gördülər"
Gəncə və Mingəçeviri hədəf alan Ermənistanın ballistik raket kompleksi sıradan çıxarılıb
Gəncə faciəsi: Bir gecə içində hər iki valideynindən məhrum olan Sevil və Hüseyn – VİDEO

Ermənistan ordusunun döyüş meydanından qaçan qüvvələri məhv edilib VİDEO

508
(Yenilənib 20:41 28.10.2020)
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin birləşmələrinə zərbələr endirməkdə davam edirlər.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik.

508
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan SQ-nin canlı qüvvəsi sərrast atəşlə məhv edilib VİDEO

247
Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib

BAKI, 28 oktyabr — Sputnik. Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

247
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

0
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

0