(1:12 / 9.39Mb / просмотров видео: 194)

“Biz sizinlə fəxr edirik!”: Balacalar cəbhədəki əsgərlərə öz salamlarını göndərirlər

208
(Yenilənib 13:41 13.10.2020)
Hal-hazırda ölkədə böyükdən tutmuş balacaya qədər hər kəsin ürəyi cəbhədəki əsgərlərimizlə birgə döyünür. Bakının mərkəzi bağçalarından birində əsgərlərə məktub və salamlarını çatdıran balacaları videomuzda izləyin.

“Baby Star” uşaq bağçasının şagirdləri Vətənin keşiyində duran əsgərlərə öz ürək sözlərini çatdırmaq istəyib. Onlar üçün “Əsgərə məktub” aksiyası keçirilib. Balacalar əsgərimizlə fəxr etdiyini, böyüyəndə özlərinin də əsgər olmaq istədiklərini deyiblər.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

 

208
(0:49 / 5.85Mb / просмотров видео: 85)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

57
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

57
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:09 / 8.84Mb / просмотров видео: 60)

Təki vətən sağ olsun: Ağdamın cəbhə kəndlərinin pambıq yığımı

44
(Yenilənib 13:34 31.10.2020)
Builki pambıq yığımı qoşunların qarşıdurma xəttində gedən döyüş əməliyyatları ucbatından xeyli gecikib. Amma bu, kəndlini narahat etmir. Ətraflı videomizda.

Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.

Təsərrüfat sahibi  Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. sahələrdən 45 sentinerdən yuxarı məhsul əldə olunacağını deyir. Bunun üçün bütün aqrotexniki qaydalara əməl edib.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>

Düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət  göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərcləri isə həmin şirkətlər öz hesabına reallaşdırır.

Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq. Əslində havanın qeyri-sabit keçməməsi də bu işi sürətləndirəcək.

44
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə