Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Atəşkəs” davam edir, qurbanlar artır

Abunə olmaq
Cəbhəyə yaxın olan ərazilərimizdə insanların malı-mülkü və canı əldən getməkdə davam edir. Kəndlərində vəziyyətin necə olduğunu videomuzda izləyin

Bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Ağcabədinin 30 il ərzində ikinci dəfə mərmi hədəfinə çevrilmiş dinc kəndi – video  - Sputnik Azərbaycan
VİDEO
Ağcabədinin 30 il ərzində ikinci dəfə mərmi hədəfinə çevrilmiş dinc kəndi – video

Ermənilər Ağdamı top atəşinə tutmağa davam edir. Mülki əhalini ağır artilleriyadan atəşə tutan ermənilər yaşayış məntəqələrində dağıntılara və yanğınlara səbəb olur. Sonuncu mərmilərdən biri rayon sakini Rövşən Məmmədovun fərdi yaşayış evinə düşüb. Top mərmisindən dağılan ev daha sonra yanğına səbəb olub. Ev bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğın söndürmə bölməsi alovun yaxın evlərə keçməsinin qarşısını alıb.

Xarici diplomatlar Gəncədə törədilən cinayətin fəsadlarını öz gözləri ilə görüblər >>

Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0