(0:33 / 2.94Mb / просмотров видео: 2784)

Atəşkəs rejimini pozan Ermənistanın zirehli texnikası məhv edilib - video

519
(Yenilənib 14:15 10.10.2020)
Ermənistan silahlı birləşmələri atəşkəs rejiminə məhəl qoymur, Azərbaycan Ordusu isə onların atəş nöqtələrini susdurmaqda davam edir.

Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

519

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

3
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

3

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

27
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

27
5G loqosu smartfonun ekranında, arziv şəkli

Koronavirusla 5G-nin heç bir əlaqəsi yoxmuş

0
(Yenilənib 21:01 18.01.2021)
Ən çox isə (tədqiqat iştirakçılarının 21% -i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

BAKI, 18 yanvar — Sputnik. Beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyalarının sayının artması arasında əlaqə demək olar ki, yoxdur.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Deloitte" beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan bir araşdırma bunu sübut edib.

Araşdırmada deyilir ki, 2020-ci ildə geniş yayılmış 5G-nin sağlamlığa təsiri ilə bağlı miflərdən biri də 5G şəbəkələrinin yayılması ilə COVID-19 infeksiyalarının artması arasındakı uydurma əlaqədir.

Belə ki, 5G texnologiyasının COVID-19 ötürməsi "nəzəriyyəsi sadəcə gülüncdür, çünki bu mümkün deyil. COVID-19 hava damcıları ilə yayılan və insandan insana ötürülən bir virusdur. Viruslar radio dalğaları vasitəsi ilə yayıla bilməz".

Analitiklər qeyd edir ki, digər bir mif isə, 5G-nin insanların immunitet sistemini zəiflətməsi və onları yoluxucu xəstəliklərə daha həssas edən radiasiya mənbəyi olmasıdır.

Analitiklərin fikrincə, bu da səhvdir.

Böyük Britaniyanın media tənzimləyici qurumu "Ofcom"-un 2020-ci il iyun ayının sonunda apardığı araşdırmaya görə, anket məlumatları dərc olunana qədər olan son bir həftədə respondentlərin 29 faizi COVID-19 haqqında yalan və ya səhv məlumatlarla qarşılaşıb.

Ən çox isə (tədqiqat iştirakçılarının 21%-i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

Tədqiqat müəllifləri 5G-nin COVID-19 infeksiyasına təsiri ilə bağlı nəzəriyyələrin 2020-ci ildə olduğu kimi 2021-ci ildə də geniş yayılacağını proqnozlaşdırırlar.

0