Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ağdam sakinlərini heç bir mərmi qorxutmur – yanmış və dağılmış evlərin videosu

Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinləriylə müharibəsi davam edir. Ağdam hər gün atəşə məruz qalır, amma əhali deyir ki, ordumuz irəli getməlidir. Ətraflı – videomuzda.

Ağdamın kəndlərində evlər və məktəb binaları artilleriya zərbələrindən ziyan çəkib.

Möhkəm dur, Ağdam! Rayona günortaya qədər 350 mərmi düşüb – video  - Sputnik Azərbaycan
VİDEO
Möhkəm dur, Ağdam! Rayona günortaya qədər 350 mərmi düşüb – video

Quzanlıya atılan mərmilərdən 2 nəfər — 65 yaşlı Allahverən Muradov və 41 yaşlı Seymur Abışov yaralanıb. Hər iki şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Xəbər lenti
0