(0:44 / 4.58Mb / просмотров видео: 124)

Bir millət, iki dövlət olduğumuzun əyani sübutu: İstanbul Azərbaycanı necə dəstəklədi

240
(Yenilənib 16:58 06.10.2020)
Türkiyənin mədəni paytaxtı İstanbul şəhərində Bakıya dəstək olaraq “İndi qardaşlıq zamanıdır!” şüarı altında avtomobil yürüşü keçirilib. Möhtəşəm aksiyanın necə keçdiyini videomuzda izləyin.

Türkiyə bir daha “Bir millət, iki dövlət” şüarının yalnız söz olmadığını sübut edib, belə ki, qardaş ölkənin İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondu Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsində Bakıya dəstək olmaq məqsədilə “İndi qardaşlıq zamanıdır!” şüarı altında avtomobil karvanı təşkil edib.

Avtomobil yürüşü İstanbulun Saraçhanə adlanan ərazisindən başlayaraq Ədirnəqapıda başa çatıb. Aksiya iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları daşımaqla əsgərlərimizə dəstək nümayiş etdiriblər. Beləliklə, qardaş ölkə hər zaman yanımızda olduğunu bir daha sübut etmiş olub.

240

Vəzir ailəsinin kəndi görün haldadır: yol var, çay var, adam yoxdur - VİDEO

6
(Yenilənib 14:25 16.01.2021)
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb

BAKI, 16 yanvar - Sputnik. Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb. XVIII əsrdə Türkman, XIX əsrdə Tərəkəmə adlanıb. 1842-ci ildən bəri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır. Kənd Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

6
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Füzuli

Kəlbəcər rayonunun Hacıkənd kəndi - VİDEO

6
(Yenilənib 12:30 16.01.2021)
Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 16 yanvar - Sputnik. Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

6
Teqlər:
işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Kəlbəcər
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

2
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

2
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti