(1:38 / 12.68Mb / просмотров видео: 4861)

Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin video görüntülərini yayımlayıb

850
(Yenilənib 12:06 06.10.2020)
Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin video görüntülərini yayımlayıb. Sputnik Azərbaycan həmin görüntülərini təqdim edir

Qeyd edək ki, daha əvvəl Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

İşğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 4-də Ballıca ilə bağlı qarşı tərəfə xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, Xankəndi şəhərindən şimalda, Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur. Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu prosesin hələ də davam etidiyi deyilmiş, Ermənistana növbəti dəfə Ballıcada yerləşən düşmən mövqelərinə qarşı adekvat tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdi.

850

Dəmirçilər kəndində sükut qulaq batırır - VİDEO

13
(Yenilənib 18:16 26.01.2021)
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonundan yeni videogörüntülər paylaşıb. Həmin görüntülərə Sputnik Azərbaycan-da baxa bilərsiz.

BAKI, 26 yanvar — Sputnik. Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km cənubda, Bazarçayın sağ sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub. 

Bir zamanlar həyat qaynayan kəndi 1993-cü ildə Ermənistan ordusu işğal edərək viran qoyub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Dəmirçilər kəndini də düşmən tapdağından xilas edib.

13
Teqlər:
video, kənd, Dəmirçilər, Azərbaycan, Qarabağ, Qubadlı

Xırdalanda evin partladığı yerdə baş verir video

31
Hazırda Abşeron rayonunun Xırdalan şəhərində dünən partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu hadisə yerində olub.

Hadisə Xırdalanın 27-ci məhəlləsində ikimərtəbəli evdə baş verib. Partlayış dalğasından yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hazırda qalıqlar altında olduğu güman edilən uşağın xilas edilməsi üçün işlər davam etdirilir. İndiyədək altı nəfər xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.

31
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

0
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

0
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi