QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video

Abunə olmaq
Bərdə şəhərinin ərazisinə bir neçə mərmi düşüb. Qarşı tərəfin atəş yağışına tutduğu şəhərdə evlərin hal-hazırda necə göründüyünü videomuzda izləyin.

Şəhər və rayonlarımızın müxtəlif çaplı silahlardan atəşə tutulması nəticəsində infrastruktura ciddi zərər dəyib.

Bu gün səhər saatlarından etibarən Bərdə şəhərinə ağır artilleriyadan atəş açılır. Nəticədə mərmilər həm yaşayış evlərinə, həm də şəhərin mərkəzi küçələrinə düşüb. Üç nəfər müxtəlif dərəcəli xəsarət alıb, Bərdə sakini Şəhriyar Mehdiyeva isə dünyasını dəyişib.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 5-də Bərdə şəhəri ilə yanaşı, Beyləqan rayonu, Ağcabədi və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Baş Prokurorluğun məlumatına görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı" kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılan 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Xəbər lenti
0