QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhənin görünməyən tərəfi: Bakıda könüllülər ön cəbhə üçün təkər yığırlar – video

Abunə olmaq
Bütün ölkə ön cəbhədə var gücü ilə vuruşan əsgərimizə əlindən gələn köməyi etməyə çalışır. Mövqelərimizi möhkəmlətmək üçün könüllülərin necə təkər yığdıqlarını videomuzda izləyin.

Hal-hazırda hər azərbaycanlının duası Azərbaycan əsgəri üçündür. Bakıdan kənarda bir qrup könüllü gənc cəbhə xəttini möhkəmlətmək üçün təkər yığmağa çalışıb. Son sutka ərzində cəbhəyə mindən artıq təkər yollanılıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Şəybəy, Quycaq, Daşkəsən, Cəfərabad, Karxulu, Şükürbəyli, Horovlu, Çərəkən, Mahmudlu və Dəcəl, Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış yaşayış məntəqələri işğaldan azad edilib.

Xəbər lenti
0