(0:42 / 5.05Mb / просмотров видео: 347)

Gəncə raket zərbələrindən sonra video

518
(Yenilənib 15:39 04.10.2020)
Bu gün səhər saatlarında döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. Hadisə yerindən kadrları videomuzda izləyin.

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququnun normalarını kobudcasına pozaraq, döyüş bölgəsindən tam kənarda yerləşən ikinci böyük şəhərimizi atəşə tutub. Raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, daha 4 nəfər yaralanıb. Şəhərə, mülki obyektlərə və  tarixi binalara böyük ziyan dəyib.

Ağdam rayonunda ailələr evsiz qalıblar – bombalanmış evlərdən VİDEO>>

Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə yerində baş verənləri lentə almağa müvəffəq olub.

518

Ermənistan ordusunun döyüş meydanından qaçan qüvvələri məhv edilib VİDEO

405
(Yenilənib 20:41 28.10.2020)
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin birləşmələrinə zərbələr endirməkdə davam edirlər.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik.

405
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan SQ-nin canlı qüvvəsi sərrast atəşlə məhv edilib VİDEO

218
Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib

BAKI, 28 oktyabr — Sputnik. Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

218
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0