QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Naftalanda evi külə döndərən mərmi yağışı – video

Abunə olmaq
Ermənistan SQ dinc əhalimizi mərmi yağışına tutmağa davam edir. Naftalanın Qaşaltı kəndinə dörd mərmi birdən düşüb. Evin necə külə döndüyünü videomuzdan izləyin.

Erməni qoşunları müxtəlif istiqamətlərdə Azərbaycanın yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan atəşə tutmağa davam edir. Son bir həftə ərzində dinc əhali arasında ölənlərin sayı 22,  yaralananların sayı isə 74-ə çatıb. Naftalanın Qaşaltı kəndində bir evə dörd mərmi birdən düşüb. Nəticədə ev yanaraq külə dönüb.

В освобожденном Суговушане   - Sputnik Azərbaycan
VİDEO
O qürurlu an: əsgərimiz Azərbaycan bayrağını azad edilmiş Suqovuşana sancır - VİDEO

Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordu bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi hədəfə alan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.

Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.

Xəbər lenti
0