QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Gördüklərimiz həqiqətən qorxuncdur”: Ukraynalı jurnalist ön cəbhədə

Abunə olmaq
Müxtəlif ölkələrin jurnalistləri həqiqəti dünya ictimaiyyətinə çatdırmağa davam edir. Artıq ikinci gündür ölkədə olan ukraynalı jurnalist Yevgeniya Kitayeva gördüklərini qorxunc adlandırıb. Daha ətraflı – videomuzda.

Ukrayna mediasını təmsil edən Yevgeniya Kitayeva artıq ikinci gündür cəbhə xəttində yerləşən kəndlərə baş çəkir, oradakı evlərin mərmi düşməsi nəticəsində hansı hala gəldiyinin şahidi olur, dinc əhaliylə görüşməyə çalışır.

“Darmadağın edilən çox sayda ev gördük. Bütün bunlar qorxuncdur. Mən Azərbaycan xalqına arzu etmək istəyirəm ki, mətanətli olsun”, - deyə Kitayeva Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

Ukraynalı həmkarımız hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib.

Xəbər lenti
0