(1:48 / 10.00Mb / просмотров видео: 15212)

Ermənistan canlı qüvvə vasitələrinin məhv edilməsinin yeni videogörüntüləri yayıldı

2134
(Yenilənib 11:26 02.10.2020)
"Bu gün saat 00:00-dan 07:00-dək Ermənistan silahlı qüvvələrinin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib". Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi, həmçinin qarşı tərəfin canlı qüvvə və vasitələrinin məhv edilməsinin yeni videogörüntülərini yayımlayıb.

2134

Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər

14
(Yenilənib 19:06 20.01.2021)
Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 20 yanvar — Sputnik. Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

14
Teqlər:
video, Azərbaycan, Qarabağ, kənd, Kəlbəcər

Şəhid anası hər dəfə oğlunun məzarına bir qızılgül gətirən naməlum qızı axtarır - video

126
(Yenilənib 15:15 19.01.2021)
44 günlük Vətən müharibəsində pay sahibi olanlardan bir də 25 yaşlı Mingəçevir şəhər sakini Ruslan Cəfərlidir. Ətraflı videomuzda izləyin.

Ruslan Cəfərli Tərtər rayonunun Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda isə komandiri ilə birgə şəhid olub və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.

Doğmaları sosial şəbəkələrdə bir xanımın onun ölümünə üzülərək yazdığı “Sənə qurban olum, Ruslan, sən nə tez qara torpağa getdin?!” statusuna rast gəliblər. Bir müddət sonra isə onun məzarını ziyarətə gedəndə orada tək qızılgül görüblər. Şəhidin anası Tahirə Nağıyeva həmin gülün kim tərəfindən qoyulduğunu bilmir. Ana həmin xanımı görmək, onunla söhbətləşib bir az təsəlli tapmağı arzulayır.

Bir bacının yeganə qardaşı olan Ruslan Cəfərli ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

126
Koronavirus modeli, arxiv şəkli

Yalançı koronavirus təkcə orqanizmi deyil, ruhu da zədələyir

0
(Yenilənib 00:20 21.01.2021)
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

 

BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.

Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.

"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.

Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası