(1:04 / 5.95Mb / просмотров видео: 11513)

Qarşı tərəfin artilleriya qurğuları darmadağın edilib VİDEO

2855
(Yenilənib 11:09 01.10.2020)
Azərbaycan Silahlı Qüvvələri düşmənin artilleriya qurğularını məhv edib. Bu görüntüləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin videosunda izləyin.

Əsgərlərimiz Ermənistan ordusunun hərbi və döyüş texnikasını darmadağın etməyə davam edir. Qarşı tərəf cəbhə boyunca tutduqları mövqelərdən geri çəkilməyə məcbur edilib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

2855
(1:25 / 11.15Mb / просмотров видео: 751)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

162
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

162
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:35 / 20.05Mb / просмотров видео: 117)

Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir video

135
(Yenilənib 13:59 24.10.2020)
Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

135

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

0
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

0
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"