Azərbaycan Türkiyə şahinləri Gəncə üzərində bayraqlarımızı dalğalandırdılar - VİDEO

829
(Yenilənib 17:51 15.09.2020)
Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Möhtəşəm uçuşları videomuzda izləyin.

Uçuşlar Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümünə həsr olunub. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirilib.

829
Teqlər:
şahinlər, Hərbi Hava Qüvvələri, Gəncə, bayraq, aviasiya, Silahlı Qüvvələr, Türkiyə, Azərbaycan

Həm insan sağaldır, həm dəmirçilik edir: Astaralı usta iki peşəni necə birləşdirir

612
(Yenilənib 13:32 18.09.2020)
Astara sakini uzun illər boyu həkim kimi işləyib, boş zamanlarında isə emalatxanasında dəmirçi kimi metalı istədiyi formalara salır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astara rayonu ucqar Sım kəndinin 74 yaşlı sakini Talıb Salayev uzun illər həkim işləməklə yanaşı, dəmirçiliklə məşğul olaraq da insanlara yardım edib. Salayev bölgədə tanınmış dəmirçilərdən sayılır və bu xüsusi qüvvət və bacarıq tələb edən əsl kişi işi ilə uşaqlıqdan məşğul olur.

Ailədə peşə nəsildən-nəslə ötürülür. Öz istedadı hesabına həkimliyə yiyələnən Salayev ata-babasının dəmirçilik sənətini də yaşatmağa çalışıb. Oğulları ilə birgə o, naldan tutmuş orağa qədər kənd təsərrüfatında istifadə edilə bilən hər cür alət hazırlayır.

Altı qardaş arasında atasının işini yalnız Talıb Salayev davam etdirib. Onun qardaşları peşəni bacarsalar da, özləri üçün digər sənət seçərək müəllim kimi fəaliyyət göstəriblər. Bu gün isə Salayevin iki oğlu ailə işini davam etdirir, hətta nəvələri belə yavaş-yavaş işin incəliklərinə yiyələnirlər.

612
Teqlər:
peşə, həkim, dəmirçi, Astara

Düşmən astanada: Pentaqon rəsmiləri üçün amerikalıları böyük müharibə ilə qorxudur?

311
(Yenilənib 16:35 17.09.2020)
ABŞ HHQ ştab başçısı Çarlz Braun elə ilk hesabatında bəyan edib ki, amerikalılar böyük müharibəyə hazırlaşmalıdır. Hətta bu döyüşlər onların ərazisində baş verə bilər.

Rəsmilərin fikrincə, ABŞ özünə bərabər güclü dövlətlə qarşı-qarşıya gələ, münaqişənin özü isə itkilərə görə İkinci Dünya müharibəsindən belə irimiqyaslı ola bilər. Ənənəvi olaraq mümkün rəqib rolunu Braun Rusiya və Çinə həvalə edib və bu iki ölkənin hərbi potensialının durmaq bilməyən inkişafından bəhs edib. Təəccüblüsü isə odur ki, riskləri minimuma endirmək üçün general növbəti dəfə müdafiə sahəsinin maliyyələşməsinin artırılmasını təklif edir. Onun büdcəsi onsuz da misilsiz miqyaslardadır.

311
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

0
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək