Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

“Razı olmasaq da, vəziyyətə uyğunlaşmalıyıq” – mütəxəssislər hibrid təhsil haqqında

Abunə olmaq
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri bu ildən təhsil müəssisələrində tətbiq edilən hibrid təhsil forması haqqında öz fikirlərini bildiriblər.

Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilov İlqar Orucov hibrid təhsili, pandemiya reallıqlarını nəzərə alsaq, mümkün olan ən doğru seçim adlandırıblar.

Mütəxəssislər valideynləri bu vəziyyətin müvəqqəti olduğunu xatırlamağa çağırıblar. Onların fikrincə, distant və əyani təhsilin birgə tətbiq edildiyi hibrid təhsil forması ictimai rəy əsasında formalaşıb və burada ali məqsəd bütün əhalinin, xüsusilə şagirdlərin sağlamlığını qorumaqdır.

Qeyd edək ki, tədbir sosial məsafə və pandemiya şəraitini nəzərə alaraq, ilk dəfə olaraq sosial şəbəkələrdə canlı yayımlanıb.

Xəbər lenti
0