Şəkidə yanğın zamanı xəsarət alan var yanğın yerindən eksklüziv kadrlar

60
Şəkidə tövlə içərisindəki mal-qara ilə birgə yanıb. Hadisə bu gün Şəki şəhəri Mahmud Əliyev küçəsində baş verib.

Fərdi yaşayış evinin həyətindəki tövlənin yanması nəticəsində içəridə olan bir neçə iribuynuzlu heyvan tələf olub. Tövləyə yığılan xeyli ot da yanıb.

Təsərrüfat sahibi hadisə zamanı heyvanları tövlədən çıxarmaq istəyib və nəticədə ayağından yanıq xəsarəti  alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub və xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Daha ətraflı videomuzda izləyin.

60
(1:04 / 5.95Mb / просмотров видео: 1119)

Qarşı tərəfin artilleriya qurğuları darmadağın edilib VİDEO

339
(Yenilənib 11:09 01.10.2020)
Azərbaycan Silahlı Qüvvələri düşmənin artilleriya qurğularını məhv edib. Bu görüntüləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin videosunda izləyin.

Əsgərlərimiz Ermənistan ordusunun hərbi və döyüş texnikasını darmadağın etməyə davam edir. Qarşı tərəf cəbhə boyunca tutduqları mövqelərdən geri çəkilməyə məcbur edilib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

339
(1:32 / 11.70Mb / просмотров видео: 291)

Ağdam fasiləsiz atəş altında: Hadisə yerindən yeni kadrlar video

883
Ağdam rayonu səhər saatlarından mərmi atəşi altındadır. Evlər darmadağın edilir, təsərrüfat yararsız hala salınır. Bu gün mərmi düşmüş evlərin hal-hazırda necə göründüyünü videomuzda izləyin.

Ağdamda kəndlər arasında gediş-gəliş getdikcə çətinləşir. Hər an atəş altında qalmaq mümkündür. İnsanların yaşayışı alt-üst edilir. Buna baxmayaraq, Ağdam əhalisi əzmlə öz həyatlarına davam edir, Azərbaycan Ordusuna güvəndiyini deyirlər.

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə atəş açması nəticəsində, ölənlərin sayı 14, yaralananların sayı isə 46-ya çatıb.

883
Aleksey Navalnı, arxiv şəkli

Navalnı Rusiyaya qayıtmağı planlaşdırır

3
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər-hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 1 oktyabr — Sputnik. Rusiyalı müxalifətçi, bloger Aleksey Navalnı Rusiyaya qayıtmağı planlaşdırdığına bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navalnı Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, hazırda heç bir qorxu hiss etmir: "Mənim hazırda məqsədim – qorxmayan oğlan kimi qalmaqdır. Mən qorxmuram".

Qeyd edək ki, sentyabrın 23-də Aleksey Navalnı Berlinin "Charite" klinikasından evə buraxılıb.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

3
Teqlər:
Almaniya, Rusiya, Aleksey Navalni
Əlaqədar
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb
Navalnının yaxınlarını həbs gözləyir: zəhərin izləri olan dəlili ölkədən çıxarmağa görə
Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"