Siyəzən rayon Böyük Həmyə kənd sakini Sevinc Bədəlova Sputnik Azərbaycan-a əncir mürəbbəsinin hazırlanma qaydasını nümayiş etdirib. Onun sözlərinə görə, əncir əsasən səhər tezdən tər halında dərilməlidir, çünki əncir sutka ərzində xarab ola bilər.
Mürəbbə üçün bir kiloqram təzə dərilmiş əncir yuyulub soyulduqdan sonra, üzərinə bir kiloqram şəkər tozu və bir stəkan su əlavə edib, suyu çıxandan sonra ocaqda bişirilir.
Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə>>
Əncir mürəbbəsi iki üsulla – qabıqlı və qabıqsız bişirilə bilər. Bu, yalnız insanların öz zövqü və ağız dadından asılıdır.
BAKI, 2 mart — Sputnik. Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Qeyd edək ki, Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənddir. Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal olunub. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib.
BAKI, 2 mart — Sputnik. Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Qeyd edək ki, 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.