Kurort turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb

40
(Yenilənib 21:17 08.09.2020)
Naftalan deyəndə ilk ağıla gələn müalicəvi neft, turizm şəhəri olur. Arxeoloqlar isə onun yalnız kurort şəhəri deyil, həm də qədim yaşayış məskəni olduğunu üzə çıxarıblar. Daha ətraflı videomuzda.

Naftalan-Goranboy arxeoloji ekspedisiyasının apardığı arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb. Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynovun dediyinə görə, burada ilkin məskunlaşma eradan əvvəl V minillikdə olub.

“Burada Tunc və Antik dövrlərdə, həmçinin Orta əsrlərdə yaşayış olub. Gördüyünüz möhtəşəm təpə əmələ gəlib. Bu yaşayış yerində apardığımız tədqiqatlar zamanı Eneolit dövrünə aid tikinti qalıqları aşkar edilmişdir”, - deyə arxeoloq Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.

Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

40

Həm insan sağaldır, həm dəmirçilik edir: Astaralı usta iki peşəni necə birləşdirir

663
(Yenilənib 13:32 18.09.2020)
Astara sakini uzun illər boyu həkim kimi işləyib, boş zamanlarında isə emalatxanasında dəmirçi kimi metalı istədiyi formalara salır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astara rayonu ucqar Sım kəndinin 74 yaşlı sakini Talıb Salayev uzun illər həkim işləməklə yanaşı, dəmirçiliklə məşğul olaraq da insanlara yardım edib. Salayev bölgədə tanınmış dəmirçilərdən sayılır və bu xüsusi qüvvət və bacarıq tələb edən əsl kişi işi ilə uşaqlıqdan məşğul olur.

Ailədə peşə nəsildən-nəslə ötürülür. Öz istedadı hesabına həkimliyə yiyələnən Salayev ata-babasının dəmirçilik sənətini də yaşatmağa çalışıb. Oğulları ilə birgə o, naldan tutmuş orağa qədər kənd təsərrüfatında istifadə edilə bilən hər cür alət hazırlayır.

Altı qardaş arasında atasının işini yalnız Talıb Salayev davam etdirib. Onun qardaşları peşəni bacarsalar da, özləri üçün digər sənət seçərək müəllim kimi fəaliyyət göstəriblər. Bu gün isə Salayevin iki oğlu ailə işini davam etdirir, hətta nəvələri belə yavaş-yavaş işin incəliklərinə yiyələnirlər.

663
Teqlər:
peşə, həkim, dəmirçi, Astara

Düşmən astanada: Pentaqon rəsmiləri üçün amerikalıları böyük müharibə ilə qorxudur?

329
(Yenilənib 16:35 17.09.2020)
ABŞ HHQ ştab başçısı Çarlz Braun elə ilk hesabatında bəyan edib ki, amerikalılar böyük müharibəyə hazırlaşmalıdır. Hətta bu döyüşlər onların ərazisində baş verə bilər.

Rəsmilərin fikrincə, ABŞ özünə bərabər güclü dövlətlə qarşı-qarşıya gələ, münaqişənin özü isə itkilərə görə İkinci Dünya müharibəsindən belə irimiqyaslı ola bilər. Ənənəvi olaraq mümkün rəqib rolunu Braun Rusiya və Çinə həvalə edib və bu iki ölkənin hərbi potensialının durmaq bilməyən inkişafından bəhs edib. Təəccüblüsü isə odur ki, riskləri minimuma endirmək üçün general növbəti dəfə müdafiə sahəsinin maliyyələşməsinin artırılmasını təklif edir. Onun büdcəsi onsuz da misilsiz miqyaslardadır.

329
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

0
(Yenilənib 23:33 21.09.2020)
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıb.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Nazir sosial şəbəkə hesabından yazıb:

"Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

0