Qarabağda Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb –qazıntı yerindən kadrlar

86
(Yenilənib 15:49 04.09.2020)
Ötən ildə Füzuli rayonu Horadiz kəndi ərazisinə Neolit dövrünə aid “Lələtəpə” adlanan yaşayış yeri aşkarlanıb. Bu ilin avqustunda isə orada arxeoloji qazıntılar başlanıb. Qazıntı yerindən kadrları və orada nələrin tapıldığını videomuzda izləyin.

2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkarlanan “Lələtəpə” Neolit dövrü yaşayış yerində avqust ayından başlayan arxeoloji qazıntılar davam edir. Burada yaşı 8 min olan alətlərin tapılması ərazinin Cənubi Qafqazda ən qədim Neolit dövrü abidələrindən birinin olması qənaətini yaradıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə qeyd edib ki, burada Neolit dövrünə aid obsidian, çaxmaqdaşı, çay daşlarından hazırlanmış məişət əşyaları tapılıb.

“Obsidian və çaxmaq daşının nukleusları tapılıb. Bunlar da dediyimiz fikri gücləndirir ki, bura uzunmüddətli, qalıcı məskunlaşma yeri olmuşdur. Burada emalatxanalar da olub”, - deyə o Sputnik Azərbaycan-la bölüşüb.

Ən maraqlısı isə yaşayış məskəninin yanında aşkarlanan məzarlıqdır. Arxeoloqların bildirdiyinə görə, Cənubi Qafqazda Neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfə rast gəlinir. Aşkarlanan skeletlər Türkiyənin Hacəttəpə Universitetinə DNT analizi üçün göndəriləcək.

Arxeoloqların fikrincə, ərazinin öyrənilməsi tam başa çatmayıb. Bundan sonra da burada arxeoloji işlərin aparılmasına ehtiyac var.

86

Vətənə qayıdıb hər şeyi bərpa edəcəyəm: Kəlbəcərli meşəbəyinin özünə verdiyi söz video

12
(Yenilənib 11:06 30.11.2020)
Kəlbəcərdə 20 ildən artıq meşəbəyi işləyən Vaqif İmranov öz doğma vətəninə qayıdıb oradakı meşələri bərpa etmək istəyir. Daha ətraflı videomuzda izləyin.

Kəlbəcər deyəndə, gözümüzün önünə qızıl yataqları, sıx meşələr, qiymətli ağaclar gəlir. Ermənilər isə bu torpaqları tərk edərkən bu cənnəti məhv etməyə, oksigen mənbəyini tələf etməyə çalışıblar.

22 il Kəlbəcərin Əsrik kəndində meşəbəyi işləyən Vaqif İmranov bildirir ki, onun bir vaxtlar nəzarət etdiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub. Onun öz əlləri ilə və məktəblilərlə birgə əkib-becərdiyi ağaclar hal-hazırda yandırılıb məhv edilir. Amma Vaqif kişi tezliklə doğma elinə qayıdıb yenidən həmin meşələri bərpa etmək fikrindədir.

Qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə seçilən Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axışırdı. Çay kənarında çadırlar qurub, təbiətin mənzərəsini seyr edirdilər.  Sevincləri hədsiz olan kəlbəcərlilər doğma yurdlarına qayıtmağa tələsirlər. O gün isə artıq uzaqda deyil.

12

Dağlıq Qarabağda sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib video

14
(Yenilənib 11:54 30.11.2020)
Rusiyalı mütəxəssislər Dağlıq Qarabağda rus sülhməramlılarının öhdəliyi altındakı ərazilərdə mühəndis kəşfiyyatı və ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Daha ətraflı videoda izləyin.

Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Şuşa-Lısoqorski yolunun təxminən 3 kilometrlik kəsiyini təmizləyib. Sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib. Bunlar xüsusi olaraq təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

14
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə