Onlara pandemiya əngəl deyil: hər il Azərbaycana qonaq gəlirlər - VİDEO

246
(Yenilənib 11:47 28.08.2020)
Hər il cənub səyahətlərini bitirən qaranquşlar Bərdəyə öz evləri kimi qayıdırlar. Çünki burada onları gözləyən var.

Bərdə sakini Sahibə Muxtarova hər il qeyri-adi qonaq qarşılayır desək, yanılmarıq. Hər il onun evinə cənub səyahətindən geri dönən qaranquşlar qonaq gəlir. Bu evdə ilk yuvasını 25 il bundan öncə quran qaranquşlar artıq hər il geri dönürlər.

“Dog House” – adaş rəfiqələr öz gücləri ilə it sığınacağı yaradıblar
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Ev sahibi isə quşlar bir az gec dönəndə özünü narahat hiss etdiyini deyir. Onların yolunu səbirsizliklə gözləyir, onların yuvasına heç kimin əl vurmasına icazə vermir.

“Hər il mart ayına yaxın geri dönüb, burada dörd bala çıxarırlar. Balaları uçundan sonra yenidən yuvanı tərk edirlər”, - deyə Sahibə xanım bizə danışıb.

Sahibə xanım quşların olduqca təmizkar olduğunu da qeyd edib. Qaranquşlar da ev sahibini çoxdan tanıyırlar və onun yanında özlərini sakit hiss edirlər. Amma evə yeni insan gələndə, səs-küy olanda uçuşmağa başlayırlar.

246

Həm insan sağaldır, həm dəmirçilik edir: Astaralı usta iki peşəni necə birləşdirir

643
(Yenilənib 13:32 18.09.2020)
Astara sakini uzun illər boyu həkim kimi işləyib, boş zamanlarında isə emalatxanasında dəmirçi kimi metalı istədiyi formalara salır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astara rayonu ucqar Sım kəndinin 74 yaşlı sakini Talıb Salayev uzun illər həkim işləməklə yanaşı, dəmirçiliklə məşğul olaraq da insanlara yardım edib. Salayev bölgədə tanınmış dəmirçilərdən sayılır və bu xüsusi qüvvət və bacarıq tələb edən əsl kişi işi ilə uşaqlıqdan məşğul olur.

Ailədə peşə nəsildən-nəslə ötürülür. Öz istedadı hesabına həkimliyə yiyələnən Salayev ata-babasının dəmirçilik sənətini də yaşatmağa çalışıb. Oğulları ilə birgə o, naldan tutmuş orağa qədər kənd təsərrüfatında istifadə edilə bilən hər cür alət hazırlayır.

Altı qardaş arasında atasının işini yalnız Talıb Salayev davam etdirib. Onun qardaşları peşəni bacarsalar da, özləri üçün digər sənət seçərək müəllim kimi fəaliyyət göstəriblər. Bu gün isə Salayevin iki oğlu ailə işini davam etdirir, hətta nəvələri belə yavaş-yavaş işin incəliklərinə yiyələnirlər.

643
Teqlər:
peşə, həkim, dəmirçi, Astara

Düşmən astanada: Pentaqon rəsmiləri üçün amerikalıları böyük müharibə ilə qorxudur?

323
(Yenilənib 16:35 17.09.2020)
ABŞ HHQ ştab başçısı Çarlz Braun elə ilk hesabatında bəyan edib ki, amerikalılar böyük müharibəyə hazırlaşmalıdır. Hətta bu döyüşlər onların ərazisində baş verə bilər.

Rəsmilərin fikrincə, ABŞ özünə bərabər güclü dövlətlə qarşı-qarşıya gələ, münaqişənin özü isə itkilərə görə İkinci Dünya müharibəsindən belə irimiqyaslı ola bilər. Ənənəvi olaraq mümkün rəqib rolunu Braun Rusiya və Çinə həvalə edib və bu iki ölkənin hərbi potensialının durmaq bilməyən inkişafından bəhs edib. Təəccüblüsü isə odur ki, riskləri minimuma endirmək üçün general növbəti dəfə müdafiə sahəsinin maliyyələşməsinin artırılmasını təklif edir. Onun büdcəsi onsuz da misilsiz miqyaslardadır.

323
Xalq artisti Brilliant Dadaşova, arxiv şəkli

Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı

0
(Yenilənib 16:57 21.09.2020)
İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşovanın "İnstagram"da "show news" səhifəsində yazdığı şərh tənqid edilib. Sputnik Azərbaycan xəbər verir ki, səhifədə yerləşdirilən "Haberglobal TV"nin Azərbaycan-Ermənistan gərginliyi barədə hazırladığı süjetə müğənni şərh yazıb.

Dadaşovanın "Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub-düzülmüş dedi-qodu yazsaydız, bəh-bəhlə təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Təhqir, alçaltma propaqandası, gəl, görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanların gözəl əməlləri sayəsində Azərbaycan bu sınaqdan da çıxar", - sözləri tənqidlə qarşılanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Show News (@show_news)

İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib.

Tənqidlərə bir-bir reaksiya verən müğənni bunları yazıb:

"Sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm və tək mən yox! Əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz - hərəmiz öz sahəmizdə Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır.

Hər şeydən xəbərdarsan, amma oğlum "Fairmont" oteldə olmadığı halda, onu guya orada olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın.

Baxın görün, ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də "güclü" təşkil edilmiş informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq".

0
Teqlər:
sosial şəbəkə, Brilliant Dadaşova, xalq artisti
Əlaqədar
Xalq artisti Billiant Dadaşova müflişləşdi
Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər
Xalq artisti evini satışa çıxarıb
Məleykə Əsədova: "Lotereya oynadım, pulumu toplayıb Bakıda ev aldım
İllər əvvəl medianın gündəmindən düşməyən qalmaqalla bağlı ilginc fakt ortaya çıxıb