Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Mahaçqala” və “G-122” döyüşə hazırdır: Xəzərdə “Dəniz Kuboku”na necə start verildi

Abunə olmaq
“Beynəlxalq Ordu Oyunları 2020” çərçivəsində keçirilən müsabiqələrdən biri olan “Dəniz Kuboku” rəsmi olaraq açıq elan edilib. Təntənəli mərasimin necə keçdiyini isə videomuzda izləyin.

“Dəniz Kuboku” Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Puta” hərbi dəniz bazasında 25 avqustdan 4 sentyabra qədər davam edəcək. Dünən axşam isə müsabiqənin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə həm də Müdafiə Naziri Zakir Həsənov və Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu iştirak edib.

Azərbaycanlı tankçılar Alabinoda: tank yürüşündən kadrlar  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanlı tankçılar Alabinoda: tank yürüşündən kadrlar

Rusiya Federasiyasını kiçik artilleriya gəmisi “Mahaçqala”, Azərbaycan komandasını isə “G-122” patrul gəmisi təmsil edəcək. Bir həftə ərzində hərbi dənizçilər dəniz və hava hədəflərinin məhv edilməsi, xilasetmə təlimi, gəminin sağ qalması uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.

“Beynəlxalq Ordu Oyunları 2020” 23 avqustdan 5 sentyabra qədər keçirilir. Bu il yarışlar Azərbaycan, Belarus, Ermənistan, Rusiya və Özbəkistan ərazisində keçiriləcək. Oyunları 11 ölkə qəbul etməli idi, amma İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan və Şri-Lanka onların öz ərazilərində keçirilməsindən imtina edib.

Xəbər lenti
0