Dama-dama qızıl olar: Yevlaxlı fermerlər yeni üsula keçiblər

111
(Yenilənib 16:31 25.08.2020)
Yevlaxda pambığı yeni üsulla becərməyə başlayıblar. Bununla da suya 10 dəfəyə qədər qənaət etməyə müvəffəq olurlar. Bunu necə bacardıqlarını videomuzda izləyin.

Öz qızmar iqlimi ilə Yevlax ağ qızıl – pambıq yetişdirilməsi üçün mükəmməldir. Son zamanlarda havaların quraq keçməsi, hövzələrdə suyun azalması, su çatışmazlığı probleminin yarandığını nəzərə alsaq, su ehtiyatlarının rasional istifadəsi məsələsi xüsusilə gündəmdədir.

Məhz buna görə Yevlax rayonunda pambığı yeni üsulla becərməyə qərar veriblər.

MKT İstehsal Kommersiya MMC-nin Yevlax İnnovasiya filialının direktoru Babək Ağayev Sputnik Azərbaycan-a danışıb ki, ilk mərhələdə damlama sistemləri ilə 8 hektar sahə suvarılıb. Ağayev bu üsulla suya on dəfəyə qədər qənaət edə bildiklərini iddia edib.

Gələcəkdə pambığın damlama üsulu ilə daha geniş ərazidə becərilməsi planlaşdırılır.

111

Azərbaycanlının arzusu Ağdama qayıtmaq orada Qarabağ atlarını yetişdirməkdir

22
(Yenilənib 16:17 21.01.2021)
Şəmsəddin Atayevin kəndi işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirib. Ətraflı videomuzda izləyin.

Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdamda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır meydanında saxlamağa başlayıb.

Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar rənginin dəyişməməsi, sahibinə sadiqliyi və bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.

Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.

"Nəsil olaraq bizim peşəmiz budur. Tezliklə Ağdama qayıdacağıq və bu işlə məşğul olacağıq. Qarabağ atlarını Qarabağda yetişdirəcəyik tezliklə", - atların sahibi Şəmsəddin Atayev deyib.

Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.

22

Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər

24
(Yenilənib 19:06 20.01.2021)
Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 20 yanvar — Sputnik. Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

24
Teqlər:
video, Azərbaycan, Qarabağ, kənd, Kəlbəcər
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

6
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

6