Koronavirusun ikinci dalğa vahiməsi: Bakılılar ona inanırlarmı? sorğu

373
(Yenilənib 13:03 20.08.2020)
Koronavirusa yoluxma sayı bir ara azalsa da, yenə üçrəqəmlilərə qalxıb. Bəzi şəhər və rayonlarda ciddi karantin rejimi yumşalmağa doğru gedir, amma hamının içində hələ də ikinci dalğa vahiməsi qalıb. Bakı əhlinin payıza nə cür planlar qurduğu haqda videomuzda izləyin.

Son bir neçə gün ərzində Bakı küçələrində müşahidə etdiyimiz urbanistik peyzaj olduqca maraqlı alınıb. İnsanlar sanki virusun hələ də meydan oxuduğunu unudub və yayın son isti günlərinin kefini çıxarmağa çalışırlar. Bütün yayı dörd divar arasında keçirdiklərini nəzərə alsaq, onları anlamaq heç də çətin deyil.

Masa arxasında ayılar və qəhvə üçün növbə: Bakıda sanki virusu yaddan çıxarıblar>>

Sputnik Azərbaycan-ın çəkiliş qrupu Bakı əhlinin koronavirusun ikinci dalğasına inanıb-inanmadıqlarını, onların payızdan nə gözlədiklərini öyrənmək qərarına gəlib.

373
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (299)

Maska ara məsafəsiz olmaz: Karantindən sonra Şəki bazarında vəziyyət yerdədir

0
(Yenilənib 19:23 23.09.2020)
Şəki şəhərindəki mərkəzi bazar dördgünlük karantindən sonra yenidən açılıb. Satışın necə getdiyini və təyin edilən qaydalara riayət edilib-edilmədiyini videomuzda izləyin.

Dünəndən Şəkinin mərkəzi bazarı alıcılar üçün açılıb. Ötən həftə onun ərazisində on üç nəfər COVID-19 infeksiyasına tutulmuşdu. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 sentyabrdan etibarən bazarın tamamilə bağlanması ilə bağlı qərar qəbul edib. Bazarın lokdaunu dörd gün davam edib və tam dezinfeksiya işlərindən sonra bazar yenidən alıcı və satıcılara öz qapısını açıb.

İndi burada ən əsas aksesuar maskadır – həm alıcı, həm satıcılar üçün. Piştaxta üzərində spirt, girişdə isə əhalinin hərarətini ölçən polis və sanitar xidməti durub. Alıcılar da bu cür tədbirləri alqışlayır və özlərini təhlükəsizlik hiss etdiklərini deyir. Əsası odur ki, vəziyyəti nəzarət altında saxlamağa davam etsinlər.

0

ABŞ “Şimal Axını-2”-yə qarşı koalisiya yaradacaq: bu tikintini dayandıracaqmı?

3
(Yenilənib 16:51 23.09.2020)
ABŞ “Şimal Axını-2” qaz borusunun tikintisini dayandırmağa cəhd etmək üçün yeni üsul fikirləşib. Dövlət Departamentinin başçısı Mayk Pompeo bəyan edib ki, amerikalılar koalisiya yaratmaq fikrindədir.

Rusiya isə bu ideyanın altında növbəti hərbi əməliyyata başlamaq cəhdinə ehkam görür. Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Konstantin Kosaçyov qeyd edib ki, Vaşinqtonla koalisiya çox vaxt müharibə anlamına gəlir. Onun nəyə görə bu qənaətə gəldiyini və ABŞ-ın Avropaya Rusiya yanacağı əvəzinə öz maye qazını qabağa sala bilib-bilməyəcəyini videomuzda izləyin.

3