Masa arxasında ayılar qəhvə üçün növbə: Bakıda sanki virusu yaddan çıxarıblar

63
(Yenilənib 17:09 19.08.2020)
Bakıda açıq havada kafe və restoranların fəaliyyətinə icazə verilib. Amma bəzi şərtlərlə. Ötən axşam Bakının mərkəzində iaşə obyektlərində vəziyyətin nə yerdə olduğunu videomuzda izləyin.

Azərbaycanın xüsusi karantin rejimi altında olan şəhər və rayonlarında kafe və restoranların fəaliyyətinə qoyulan qadağalar yenidən götürülüb. Bakı mərkəzinə yenidən gur həyat başlayıb. Lazım olmadan kafeləri getməmək məsləhət edilsə də, ötən axşam müşahidə etdiyimiz vəziyyət göstərdi ki, Bakı sakinləri sevdikləri məkanlar, dostlarla görüşlər və sadəcə kafelərdə selfilərdən ötrü çox darıxıblar.

Qəlyandan istifadə və bir masa arxasında altı nəfərdən çox insanın yer alması isə hələ də qadağan edilib. Bundan başqa, sosial məsafə gözlənməli, gigiyena qaydalara riayət edilməli və maska taxmaq yaddan çıxmamalıdır.

Bir tərəfdən, iaşə müəssisələrinin həm işçiləri, həm də müştəriləri bu qadağaların aradan qalxmasına sevinirlər, digər tərəfdən bu optimizmin çox sürməməsindən qorxurlar.

63
(2:02 / 12.63Mb / просмотров видео: 66)

Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb VİDEO

81
(Yenilənib 17:28 27.10.2020)
Ermənistan SQ növbəti dəfə atəşkəsi pozaraq yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Tərtər şəhərinin dünən axşam “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulmasından sonra necə göründüyünü videomuzda izləyin.

Dağlıq Qarabağda artıq sayca üçüncü humanitar atəşkəs oktyabrın 26-da saat 08:00-da başlamalı idi. Amma Ermənistan SQ yenidən atəşkəsə məhəl qoymur.

Xüsusilə də Tərtər rayonu ağır artilleriyadan və toplardan atəşə tutulur. Ötən gün axşam saatlarında rayonun yaşayış məntəqələri raketlərdən də atəşə tutulub. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri Qapanlı, Qazyan, Hüsənli, Düyərli, Səhləbad kəndləri və rayon mərkəzidir.

Şəhər mərkəzinə düşmüş raket xeyli zərər yetirib, evi darmadağın edib, yaşamağa yararsız hala salıb. Ötən gün saat 18 radələrində Düyərli kənd sakini İsgəndər Həsənovun həyətinə atılan raket xoşbəxtlikdən partlamayıb. Digəri isə Nazim Quliyevin həyətinin aşağı hissəsinə düşərək partlayıb.

Kənd sakinləri yekdilliklə bildiriblər ki, Ermənistan SQ heç bir halda atəşkəsə məhəl qoymayıb, rayonu, dinc sakinləri atəşə tutmağa davam edib.

81
Teqlər:
atəş, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:07 / 16.42Mb / просмотров видео: 134)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

89
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

89
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

0
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"