Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”

1737
(Yenilənib 11:31 12.08.2020)
Fransalı tələbə Jülyet Pelu son semestrini Bakıda davam etdirməyə qərar verib. Amma iki ay sonra koronavirus pandemiyasına görə təhsilini dayandırmalı olub. Onun karantini Bakıda necə keçirdiyi və ölkəmizdən hansı təəssüratlarla ayrıldığını videomuzda izləyin.

Fransanın cənubunda jurnalistika sahəsində təhsil alan 23 yaşlı Jülyet Pelu son semestrini başqa bir ölkədə bitirmək qərarına gəlir. Bir çox seçimlə üzləşən gənc jurnalist ən sonda Azərbaycanın üzərində dayanır. Ölkə haqqında daha öncəki tanışlığı yalnız “National Geographic” jurnalında gördüyü möhtəşəm şəkillər olmasına baxmayaraq, gənc qız yeni mədəniyyətlərlə daha yaxından tanış olmaq istədiyi üçün, ölkəmizi özü sınaqdan keçirmək qərarını verir.

Bu ilin yanvarında son semestrini ADA universtitetində başlayır və Bakı ilə ilk tanış olduğu andan burada özünü sərbəst və rahat hiss edir. Jülyetin fikrincə, bunu səbəbi insanlarımızın olduqca xeyirxah olmasıdır:

“Fikrimcə, azərbaycanlılar çox səxavətlidirlər. Bir probleminin olduğunu görəndə dərhal yardım etməyə çalışırlar. Daha öncə tanımadığımız insanlar bizi öz evinə çay qonaqlığına dəvət edirlər”, - deyə fransalı xanım öz təəssüratlarını bizimlə bölüşür.

Amma Jülyet buradakı semestrin dadını tam çıxara bilmir, çünki ikicə aydan sonra bütün ölkədə xüsusi karantin rejimi elan edilir və fransalı tələbə pandemiyanın bütün “gözəlliklərini” məhz Bakıda yaşayır.

“Mən o vaxt Bakını tərk etməmək qərarına gəldim. Hey düşünürdüm ki, bir-iki həftəyə hər şey bitəcək. Dərslərim isə onlayn rejimdə davam etdi və onlar, doğrudan da çox maraqlı idi”, - deyə o bizə danışır.

İyun ayında isə qismən yumşalan karantində Jülyet nəhayət Bakıda yay ab-havasının dadını çıxara bilir və hətta rayonlarımıza səyahət etməyə müvəffəq olur. Nəhayət, təhsilini başa çatdırıb Fransaya geri dönən Jülyet mütləq bir daha Bakıya qayıdacağına dair söz verir, bu dəfə ailəsi ilə.

1737
(1:32 / 11.70Mb / просмотров видео: 203)

Ağdam fasiləsiz atəş altında: Hadisə yerindən yeni kadrlar video

566
Ağdam rayonu səhər saatlarından mərmi atəşi altındadır. Evlər darmadağın edilir, təsərrüfat yararsız hala salınır. Bu gün mərmi düşmüş evlərin hal-hazırda necə göründüyünü videomuzda izləyin.

Ağdamda kəndlər arasında gediş-gəliş getdikcə çətinləşir. Hər an atəş altında qalmaq mümkündür. İnsanların yaşayışı alt-üst edilir. Buna baxmayaraq, Ağdam əhalisi əzmlə öz həyatlarına davam edir, Azərbaycan Ordusuna güvəndiyini deyirlər.

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə atəş açması nəticəsində, ölənlərin sayı 14, yaralananların sayı isə 46-ya çatıb.

566
(0:23 / 2.19Mb / просмотров видео: 566)

Tonaşendə Ermənistan SQ-nin daha iki tankı məhv edilib

597
(Yenilənib 20:33 30.09.2020)
Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı məhv edilib. Daha ətraflı Müdafiə Nazirliyinin videosunda izləyin.

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

597
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron