Karantini saz hazırlamağa həsr edən aşıq

891
(Yenilənib 14:01 04.08.2020)
Aşıq Mətləb Sadıqov yaşadığı Tərtər rayonunda istedadlı aşıq, kamil sazbənd kimi tanınır. Son zamanlarda el şadlıqlarında çıxış edə bilmədiyinə görə bütün zamanını sazbəndliyə həsr edib. Daha ətraflı videomuzda izləyin.

Saz ustası Mətləb Sadıqov üçün ən vacib iş el havalarını yaşatmaq, sazbəndlik və aşıqlıq sənətlərini gələcək nəsillərə ötürməkdir.

“Qara” saz onun qaranlıq dünyasına işıq tutub
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Son zamanlarda bəlli səbəblərdən el şadlıqlarında çıxış edə bilmədiyi üçün bütün vaxtını yarımçıq qalan sazları sona çatdırmağa həsr edib.

Usta danışıb ki, sazlar çeşidinə görə bir neçə formada hazırlanır – cürə adlanan kiçik sazlar, orta və tavar sazlar. Ən çox saz hazırlamaq üçün tut ağacından istifadə edilir. Amma hər tut ağacından da alət hazırlamaq olmur. Mətləb usta deyir ki, şimal zonasında bitən tutlardan hazırlanan sazın səsi də tamam başqa olur.

Sazbənd danışıb ki, cavan nəsil arasında saz çalmağı öyrənmək istəyənlərin sayı az deyil. Yaşadığı Tərtər rayonunun Sıxarx qəsəbəsində 30 nəfərə qədər şagirdi var. Karantin dövründə isə usta sənətini oğluna öyrədir. Onun ən böyük arzusu isə doğulduğu Kəlbəcərə qayıdıb, sənətini orada davam etdirməkdir.

891

Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir

16
(Yenilənib 14:35 22.09.2020)
Pandemiya nə vaxt bitəcək? Yəqin ki, bu sual hamını narahat edir. Koronavirus probleminə son qoymağa Rusiyanın "Sputnik V" vaksini də kömək edəcək. Hansı ölkələr Rusiya preparatını almaq niyyətindədir və daha harada vaksin yaradılır – ətraflı videoçarxımızda.

Rusiyanın COVID-19 əleyhinə vaksini yaratmasını kosmosa uçuşla müqayisə etmək olar. "Sputnik V" preparatı effektivliyini və təhlükəsizliyini sübut edib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu >>

Rusiya peyvəndini ilk olaraq Belarus alacaq. Qazaxıstan da onun tədarükü üçün saziş imzalayıb. Vaksinini həmçinin yaxın vaxtlarda Moldova, Azərbaycan və Tacikistan əldə etməyə hazırlaşır.

16

Rusiya zooparkına məxsus şirin skeleti yarım əsrdir Gəncədə saxlanır

472
Bir vaxtlar Rusiya zooparkına məxsus olan şir, daha doğrusu, onun skeleti, yarım əsrdir, Gəncədə saxlanılır. Daha ətraflı Anatomiya muzeyindən hazırladığımız süjetdə izləyin.

Gəncədə yerləşən Anatomiya muzeyi Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılıb və 90 ilə yaxındır ki, fəaliyyət göstərir.

Gəncədə oazis: Gəncə sakini öz həyətini Nəbatat bağına çevirib – video
© Sputnik / Rahim Məmmədov / Kamilla Əliyeva / Leyla Orucova

Muzeydə saxlanılan eksponatlar buraya ilk dəfə daxil olanlar üçün həm vahiməli, eyni zamanda da maraqlı görünə bilər. Məsələn, burada insan skeletini görmək olar. Bundan başqa, xüsusi qablarda və formalinin içində müxtəlif heyvan nümunələri nümayiş etdirilir – uzunluğu iki metrdən artıq ilandan tutmuş, kərtənkələ, quş və digər böyük və kiçik ölçülü heyvanlar.

Anatomiya, Patanatomiya və Patfiziologiya kafedrasının dosenti Ehkam Əliyev bildirib ki, sovet vaxtında qurbağa, kərtənkələ, ilan və digər preparatları Moksvada tədris vəsaitləri hazırlayan fabrikdən sifariş ediblər. Bundan başqa, tələbələrin özləri də bəzi ilanları muzeyə təqdim ediblər.

Hal-hazırda ölkədə tüğyan edən pandemiyaya görə insanlar muzeyə həvəslə getməsələr də Sputnik Azərbaycan-ın bölgə müxbiri istəyənlər üçün muzeyə virtual səyahət təşkil edə bilib.

472

Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"

0
Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır

BAKI, 23 sentyabr — Sputnik. Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Sputnik Azərbaycan Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

Lavrov qeyd edib ki, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: "Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır".

Milli Məclisin Sədri Sahibə Qafarova ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olaraq əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə etdi.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

0