CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir şəhidimiz torpağa tapşırıldı

Abunə olmaq
Azərbaycan Ordusunun Tovuz istiqamətində baş ver eskalasiya nəticəsində həyatını itirmiş baş leytenantının son mənzilə necə yola salındığını videoda izləyin.

İşğalçı ordunun hücumu nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Doğmaları vidalaşdıqdan sonra zabitin nəşi dəfn edilməsi üçün kənd qəbiristanlığına aparılıb.

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb – video  - Sputnik Azərbaycan
VİDEO
Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb

İyul ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə müxtəlif çaplı silahlardan və eləcə də artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Xəbər lenti
0