Depressiya ilə karantində necə mübarizə aparmaq olar video

36
Karantin şəraitində yalnız fiziki sağlamlığımız deyil, psixoloji sağlamlığımız da təhlükə altına düşür. Biz isə məsləhətimizi yoqa təlimçisindən almağa qərar verdik.

Sərt karantin rejimi, evdən iş və bağlı idman zalları hələ ruhdan düşmək üçün səbəb deyil. Bu cür vəziyyətdə nə qədər sadə səslənsə də, yoqa ilə məşğul olmaq stress səviyyəsini aşağı salır, mənfi emosiyaları azaldır. Gündə 10 dəqiqənizi ayırmaq belə xeyirlidir.

Sputnik Azərbaycan üçün bu praktikanı isə yoqa müəllimi Qafar Qənizadə keçirib. Məlum oldu ki, o qədər də çox vaxt və səy sərf etmədən bədənimizin qeydinə qala bilərik. Həm də sosial təcrid şəraitində ağlımıza girən min cür mənfi fikirlərdən də can qurtara bilərik.

Anuloma-viloma adlı nəfəs texnikası həm bizi sakitləşdirir, həm yatmağa asanlıqla hazırlaşmağa kömək edir və ya ağır iş günündən sonra rahatlamağa yardım edir. Bundan başqa, təqdim edilən asanalar (yəni yoqa pozaları) özümüzü daha gümrah hiss etməyimizə yardımçı olur.

Daha ətraflı videomuzda izləyin.

36

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası

48
(Yenilənib 15:45 13.08.2020)
Keramika ustadan zövq, bacarıq, səbr və dəqiqlik tələb edir. Lənkəranda isə bu işi yalnız Tərlan Sadıqov bacarır. Onun buna necə nail olduğunu və ustanın maraqlı işlərini videomuzda izləyin.

Lənkəranlı keramika ustası Tərlan Sadıqovun işləri arasında maraqlı tipajlara rast gəlmək olar. Çox vaxt o, ilhamı elə yaşadığı Lənkəranda rast gəldiyi insanlardan alır. Onun işləri arasında müxtəlif lənkəranlı nənə və ya çayçı personajlarına rast gəlmək adi haldır. Rəssam maraqlı saydığı cizgiləri daha da qabarıq göstərir, beləliklə də onları daha yaddaqalan edir.

Hal-hazırda Tərlan Sadıqov daha çox sifariş əsasında rəsmlər və suvenirlər hazırlayır. Onlar çox vaxt bir nüsxədə olduğu üçün, hazırladığı keramika işlərini müəyyən qəliblə deyil, özü əli ilə işləyir.

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq>>

Onun işlərini daha yaxından videomuzda izləyin.

48

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu

15
Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib. Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına EMMTM-nın mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.

Peyvənd müvəffəqiyyətlə könüllülər üzərində sınaqdan keçirilib.

Sınaq iştirakçıları qeyd ediblər ki, özlərini əla hiss edirlər və peyvənddən sonra heç bir yan təsir fərq etməyiblər. Həkimlərin sözlərinə görə, bütün könüllülərdə COVID-19 əleyhinə immunitet yaranıb, preparatın özü isə təhlükəsiz olduğunu sübut edib. Dünyanın bir çox ölkəsi də Rusiyanın yeni preparatı ilə maraqlanıblar, hal-hazırda preparatın digər ölkələrdə sınaqdan keçirilməsi və istehsal edilməsi mümkünlüyü müzakirə edilir. Rusiyanın Müdafiə Nazirliyi və Qamaleya adına Mərkəzin birgə işlərindən başqa, daha iki şirkət peyvəndin hazırlanması ilə məşğul olur. Novosibirskin “Vektor” Virusologiya və Biotexnologiya Dövlət Elmi Mərkəzi üç prototipin insanlar üzərində sınaqlarına artıq start verib. Sankt-Peterburqun Peyvənd və Serum Elmi Tədqiqat İnstitutu da peyvəndin hazırlanması ilə məşğuldur. Rusiyalıların kütləvi vaksinasiyası üçün preparatların ilk partiyasının artıq avqustun ortasında hazır olacağı gözlənilir.

15
Əldə bıçaq, arxiv şəkli

Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 14 avqust — Sputnik. Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Əlaqədar
Şəmkirdə qohumlar arasında dava - ölən var
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü