CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son ümid dənizə qalıb: Bu yay bakılıların istirahət planları necə alt-üst oldu – SORĞU

Abunə olmaq
Yay mövsümünü əbəs yerə dörd gözlə gözləmirik. Bütün il boyu onun planlarını qururuq. Bəs bu il bakılılar öz istirahətlərini necə edəcək? Yayı necə keçirməyi düşünürlər? Sorğunu videomuzda izləyin.

Baharı bir təhər yola saldıq. Novruz istirahətlərimiz təxirə düşdü, hər kəs tətilini vahimə içərisində televizor arxasında keçirdi.

“Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU  - Sputnik Azərbaycan
VİDEO
“Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU

Amma yayın da eyni aqibəti yaşamayacağına ümid edirik.

Pandemiya ilə əlaqədar olaraq hal-hazırda rayonlara gedən yollar bağlı, bir çox istirahət mərkəzi kilid altında, çimərliklər də müəyyən qaydalarla çalışır. Belə olan halda bakılılar bu mövsümü necə keçirməyi, istidən necə xilas olmağı düşünürlər?

Təxmin etdiyimiz kimi, bir çoxları dənizi son ümid olaraq görür. Digərləri isə haradasa istirahət planlaşdırmanın olduqca riskli olduğunu düşünür və evdə qalmağa üstünlük verir. Bakılıların bu yayı necə keçirmək istədiyini videomuzda izləyin.

Xəbər lenti
0