CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atlantada yeni etirazlar dalğası: Polis saxlanma zamanı daha bir afroamerikalını öldürüb

Abunə olmaq
ABŞ-ı yenidən etirazlar dalğası bürüyüb – bu dəfə Atlantada. Saxlanma zamanı polis fəaliyyəti daha bir afroamerikalı Reyşard Bruksun ölümü ilə nəticələnib.

Bruks saxlanma zamanı polis zabitlərinin əlindən elektroşokeri alıb qaçmağa cəhd edib, nəticədə isə polis tərəfindən yaralanıb.

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb  - Sputnik Azərbaycan
VİDEO
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

Daha sonra Bruks hospitalda həyatını dəyişib. Etiraz edənlər şəhər mərkəzində şosseni bağlayıb və insidentin baş verdiyi Wendy’s restoranını yandırıblar.

ABŞ-da bir neçə həftədir etirazlar səngimir. Birinci dalğa Minneapolisdə afroamerikalı Corc Floydun saxlanılan zaman polis tərəfindən öldürülməsindən sonra başlamışdı. O zaman ABŞ və dünyanın onlarla iri şəhərində nümayişlər keçirildi. Bir çox yerdə isə onlar iğtişaş və polislə qarşıdurmaya qədər böyüdü.

Xəbər lenti
0