Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gecə qiyamı: Azərbaycan-Rusiya sərhədində nə baş verib – VİDEO

Abunə olmaq
Ötən gecə Azərbaycan-Rusiya sərhədində heç də sakit keçməyib. Orada nə baş verdiyini videomuzda izləyin.

Dağıstanda qalmalı olan Azərbaycan vətəndaşları ötən gecə əsl qiyam qaldırıblar. Hadisə yerinə gələn polis əməkdaşları yerli əhali ilə birgə onları sakitləşdirməyə çalışıblar.

Son məlumata görə, azərbaycanlıların qalmağa davam etdiyi Dağıstan düşərgəsində vəziyyət artıq normaldır. Bunu həm də Dərbənd rayon başçısının vəzifəsini icra edən Fuad Şıxıyev təsdiqləyib.

Koronavirus Rusiya-Azərbaycan münasibətlərinə necə təsir etdi – Rusiya səfiri>>

Bildirilib ki, çaxnaşma evə göndəriləcək Azərbaycan vətəndaşlarının siyahısının tutulmağa başlanmasından sonra baş verib. Sərhədə daha gec gələn vətəndaşların evə daha tez getməyə imkan əldə etməsi digərlərinin narazılığına səbəb olub. Nəticədə isə əsl qiyam qalxıb.

Xəbər lenti
0