ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, onu terrorizm sponsoru kimi tanımaq istəyir

47
(Yenilənib 11:31 13.06.2020)
ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif edib. Təşəbbüs Respublikaçılar partiyasının nümayəndələri qrupuna məxsusdur. Bu təklifləri konqresdə Respublikaçıların tədqiqat komitəsi təqdim edib.

Respublikaçılar Rusiyanı ona görə cəzalandırmaq istəyirlər ki, o qlobal qüdrəti olan ölkə rolunu gücləndirir və beləliklə ABŞ-ın hökmranlığını sual altında qoyur.

Bundan başqa, Moskva, belə desək, terrorçu təşkilatları dəstəkləməkdə günahlandırılır və buna görə Rusiyanın ABŞ Prezidentinin administrasiyası tərəfindən hazırlanan “terrorizmə sponsorluq edən ölkələr” sırasına daxil edilməsi təklif edilir.

Söhbət İran İslam İnqilabı Keşikçiləri Korpusu və Rusiyada qadağan edilmiş “Hezbullah” və “Taliban” hərəkatlarına dəstək verilməsindən gedir. Moskva dəfələrlə terrorizmə sponsorluq üzrə hər-hansı ittihamı təkzib edib. Respublikaçıların bu təşəbbüsünün nə üçün Amerikanın ikili standartlarının bariz nümunəsi olduğunu videomuzda izləyin.

47

“Mən kiməm?” Baş rolda “Günəş insanı” çəkilən ilk serial necə ərsəyə gəlib

10
(Yenilənib 12:47 25.09.2020)
Azərbaycanda inklüzivliyin getdikcə artdığını seyr etmək xoş təəssürat yaradır. Baş rolda Daun sindromlu aktyorun çəkildiyi ilk milli serialın çəkilişləri artıq başa çatıb. Sputnik Azərbaycan məmnuniyyətlə onun çəkiliş pavilyonuna baş çəkib. Daha ətraflı – videomuzda.

Bu yaxınlarda “Reji” prodakşn tərəfindən çəkilişi başa çatdırılan “Mən kiməm” adlı və baş rolda Daun sindromlu qeyri-peşəkar aktyorun çəkildiyi serial sentyabrın 29-da artıq tamaşaçıya təqdim ediləcək.

Bütün dünya mediasında inklüziv serial və filmlərin hazırlanması artıq heç kimi təəcübləndirmir. Amma Azərbaycan səhnə və ekranları üçün bu hələ də yenilik olaraq qalır. Çox vaxt “günəş insanları”na epizodik rollar həvalə edildiyi halda, bu serialda baş qəhrəman məhz 24 yaşlı Əli Əsgərovdur. Serial onun ətrafında hərlənir və o, bütün çəkiliş günlərində iştirak edib. Serialın quruluşçu rejissoru Rahim Hacıyev isə etiraf edib ki, bu serialın çıxması ilə bu cür insanlara qarşı mənfi və ya xoş olmayan fikir sahibləri mütləq öz nəzər nöqtələrini dəyişəcəklər.

“Düşünürəm ki, bu uşaqlar cəmiyyətimizə paklıq və sevgi bəxş edir. Biz onların nümayiş etdirdikləri sevgi və nəvazişə qadir deyilik. Çəkiliş zamanı da Əli qrupun bir hissəsi olub. Onun üçün xüsusi şərait yaradılmayıb, çünki biz onu özümüzdən fərqli görmürük. Hər şeyi bizimlə birgə edib. Onunla işləmək hər kəs üçün olduqca xoş və ibrət verici olub”, - deyə Hacıyev bizimlə bölüşüb.

Baş qəhrəman Əli ilə söhbətimiz əsnasında isə məlum olub ki, filmdə çəkilmək onun üçün ən həyəcanlı məqamlardan biri olub. Və o, mütləq yenidən kinoda çəkilmək istədiyini deyib.

Tamaşaçılar serialın treyleri ilə tanış olmaq imkanı əldə edib. Biz isə onun ilk seriyasını səbirsizliklə gözləyirik.

10

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

29
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

29
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Ay, arxiv şəkli

Ay səthindəki radiasiya ölçüldü

0
(Yenilənib 11:23 26.09.2020)
"Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

BAKI, 26 sentyabr — Sputnik. Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Sputnik Türkiyə xəbər verir ki, bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

0