CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Uzadılsa, yaxşı olar” – azərbaycanlılar dörd divar arasında oturmağa razıdırlar – Sorğu

Abunə olmaq
Ötən həftəsonu, iyunun 6 və 7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin tətbiq edilib. Bu tədbirlərlə bağlı həmvətənlərimizin düşüncələrini videomuzda izləyin.

Ötən həftə sonu ölkənin ən iri şəhərlərində sərt karantin tətbiq edilib. İctimai və şəxsi avtomobillərdə hərəkət qadağan edilib, evdən çölə çıxmaq qeyri-mümkün olub. Səbəb isə eynidir – Azərbaycan koronavirusa qarşı mübarizə aparmağa çalışır.

“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər  - Sputnik Azərbaycan
VİDEO
“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər

Sputnik Azərbaycan Bakı, Lənkəran və Gəncə şəhər sakinlərinin bu sərt tədbirlərlə bağlı düşüncələri ilə maraqlanıb. Təəccüblüsü odur ki, sorğuda iştirak edənlərin, demək olar ki, hamısı bu tədbirlərin lazımlı olduğunu düşünür. Biz daha çox əks cavablar gözlədiyimiz halda, eşitdiyimiz rəylərin çoxu bizi mat etdi. Maraqlısı odur ki, bu cür tədbirlər yayın axırına qədər davam etsə, azərbaycanlılar evdə oturmağa hazırdırlar. Axı burada ali məqsəd koronavirusa birgə qalib gəlməkdir.

Qeyd edək ki, Azərbaycanda yoluxanların sayı gündən-günə artır. Son sutka ərzində ölkədə daha 314 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4149-dur.Hazırda 3316 aktiv koronavirus xəstəsinin 155-i reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

Xəbər lenti
0