Azərbaycanlı "Edison": onun ixtirası minlərlə həyatı qurtara bilər VİDEO

278
(Yenilənib 15:19 02.06.2020)
Zaqatalalı energetik kombi istilik sistemini sadəcə smartfon vasitəsilə idarə etməyin üsulunu tapıb. Onun buna necə nail olduğunu videomuzda izləyin.

Zaqatala sakini, 44 yaşlı Sahib Şahmalıyev uşaqlıq illərindən texnikaya böyük maraq göstərib. İndi isə artıq energetika mühəndisi olan zaqatalalı kombi istilik sisteminin kənardan idarə edilməsi üsulunu yaradıb. Sistemin özəyini Wi-Fi-a qoşulmuş modullar təşkil edir.

“Ehtiyac olduqda smartfonun monitorundan həm dərəcəni artıra, həm azalda bilirik. Qış-yay rejiminə keçid edirik. Ehtiyac qalmayanda isə tamamilə söndürürük. Bu modullar vasitəsilə biz həm kombi sistemini, həm də istənilən energetik qurğunu hansı ərazidə yerləşməsindən asılı olmayaraq idarə edə bilirik”, - deyə mühəndis bizimlə bölüşüb.

Modulun əsas elementi xüsusi mikroçiplərdir. Proqram platformasında 54 kilobaytlıq kodlaşma hazırlanaraq, çiplərin yaddaşına köçürülüb. İki model çipi internet şəbəkəsində körpü vasitəsilə bir-biri ilə əlaqələndirilib.

Mühəndis iddia edir ki, bu cür qurğu vasitəsilə qaz sızması və elektrik sahəsində baş verən nasazlıqların yol açdığı ağır fəsadların, partlayış və yanğınların qarşısı alına bilər.

Sahib Şahmalıyev tətbiq etdiyi yenilikdə hər hansı bir qazanc güdmür. O, sistemin ona 300-400 manat civarında başa gəldiyini vurğulayıb.

278

Dağlıq Qarabağda sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib video

8
(Yenilənib 11:54 30.11.2020)
Rusiyalı mütəxəssislər Dağlıq Qarabağda rus sülhməramlılarının öhdəliyi altındakı ərazilərdə mühəndis kəşfiyyatı və ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Daha ətraflı videoda izləyin.

Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Şuşa-Lısoqorski yolunun təxminən 3 kilometrlik kəsiyini təmizləyib. Sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib. Bunlar xüsusi olaraq təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

8

Qarış-qarış Qarabağ: Ağdamın Şahbulaq kəndi - VİDEO

54
(Yenilənib 13:38 29.11.2020)
Üçtərəfli bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb

Ağdam rayonunun Şahbulaq kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan bildirir ki, videonu Azərbaycan Müdafiə Nazirliyi təqdim edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

54
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Ağdam, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

0
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

0