Uşaqlar virtual real məktəb arasında seçim edirlər SORĞU

313
Bu il hamımız, xüsusilə də uşaqlar üçün qeyri-adi başlandı. Balacalarımız isə hələ də virtual məktəb “masası” arxasındadırlar. Uşaqların hansı cür təhsilə daha çox üstünlük verdiklərini onların özündən öyrənmək qərarına gəldik.

Bu gün bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Hər il bu gün üçün xüsusi şənliklər, aksiyalar, ekskursiyalar təşkil olunur. Bu il isə bir çox bayram olduğu kimi, bu gün də “koronavirus” bayrağı altında keçir.

Uşaqların bir çoxu isə hələ də təhsillərini davam etdirməyə məcburdur. Hər il olduğu kimi yayın ilk gününü onlar məktəbdə qaçışaraq, dostları ilə ünsiyyət quraraq deyil, evdə keçirməli olurlar. Hansı rejimi – evdən təhsil, yoxsa məktəbə getmək – seçdiklərini isə onların özündən soruşmaq qərarına gəldik.

Məktəbin ləğv edildiyini öyrənəndə bir çox uşaq sevincini gizlədə bilmirdi. Onlar sadəcə olaraq virtual məktəbin nə olduğunu hələ bilmirdilər. İndi isə özləri məktəb üçün darıxdıqlarını etiraf edirlər.

Düzdür, virtual məktəb tərəfdarları da az deyil. Bir çox şagird üçün bu həm də səhər daha gec oyanmaq, yollara vaxt itirməmək deməkdir.

Bəs uşaqlar daha çox nəyə gileylənirlər? Bunu isə onların öz dilindən eşidin.

313

ABŞ Rusiya Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir

7
(Yenilənib 14:24 10.07.2020)
ABŞ-ın dövlət katibi əmindir ki, Rusiya və Çini BMT-də veto hüququndan sui-istifadə etdiyinə görə cəzalandırmaq lazımdır. Bundan öncə ölkələr Suriyaya humanitar yardım üzrə qətnaməni bloklamışdı.

Belçika və Almaniya Türkiyə və Suriya Ərəb Respublikası arasında sərhəddə iki nəzarət-buraxılış məntəqəsini saxlamağı təklif etdiyi halda, Moskva və Pekin bununla razılaşmayıb. Rusiya isə öz qətnamə layihəsini təklif edib. Bu vəziyyətdə amerikalıların nə üçün narazı qaldıqlarını isə videomuzda izləyin.

7

Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası

1841
(Yenilənib 15:36 09.07.2020)
Azərbaycanda ilk dəfə cır mərsin yetişdirilməyə başlanıb. Bunun neçə ilə ərsəyə gəldiyini, ölkəmiz üçün qeyri-adi olan bu giləmeyvənin necə göründüyünü videomuzda izləyin.

Bakı şəhər sakini İlyas Əhmədov Azərbaycanda, demək olar ki, heç kimin dadına baxmadığı giləmeyvə yetişdirmək qərarına gəlib. İlk plantasiyanı Siyəzən rayonunda salan Əhmədov ilk üç ili ədəbiyyatı tədqiq etməyə və müxtəlif cür sortlarla sınaq aparmağa sərf edib.

“Azərbaycan iqlimi və suyu ilə hansı çeşidlərin yetişəcəyi bəlli olmadığına görə ilk iki ildə iki hektar ərazidə 11 müxtəlif çeşid əkdik. Və gördüyünüz kimi, bu il biz artıq ilk meyvələri yığmağa başladıq”, - deyə plantasiya sahibi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Bitki üçün bütün gərəkli materiallar – torpaqdan tutmuş avadanlığa qədər Latın Amerikası ölkələrindən gətirilib. Plantasiya işçilərinin "mavigilə" adlandırdığı ilk meyvə hal-hazırda Bakı bazarlarına göndərilib və 125 qramı 2 manat 90 qəpiyə təklif edilir. Əhmədov özü etiraf edir ki, alıcılar ilk öncə meyvəni tanımadığı və qiymətin yüksək olduğunu deyiblər. Amma bunun da öz səbəbləri var.

“Bu, olduqca “şıltaq” bitkidir və çətin ərsəyə gəlir. Bir kilo bitkidən birinci ildə maksimum 300-400 qram yığmaq olar. Bu giləmeyvənin əziyyəti də çoxdur. Bütün işlər əl ilə görülür. Meyvə azot sevmədiyi üçün yetişdirilməsində heç bir gübrədən istifadə edilmir. Tamamilə orqanikdir”, - deyə plantasiya sahibi açıqlayıb.

Giləmeyvə xərçəng, şəkər və göz xəstəliklərinin müalicəsində istifadə edilir. Tərkibində digər giləmeyvələrlə müqayisədə antioksidant daha çoxdur.

Hal-hazırda isə plantasiyada 25-ə yaxın insan çalışır. Əhmədov gələcəkdə bazar qiymətini aşağı salmaq və giləmeyvəni bir deyil, üç mövsümdə təklif etmək üçün 10 hektar torpaqda cır mərsin əkməyə başlayıb. Gələcəkdə isə Azərbaycan üçün qeyri-adi olan digər giləmeyvələri yetişdirməyi planlaşdırır.

1841
Ermənistanda Rusiya hərbi bazası, arxiv şəkli

Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

0
(Yenilənib 22:24 10.07.2020)
Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

 

BAKI, 10 iyul — Sputnik. Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, Yerevan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir: "Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək".

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı Yerevanın xarici siyasətində əsas prioritetlərindən biridir.

0