“Deyilməyənləri dediyinizə görə təşəkkür” Millət vəkilindən səmimi təbrik

221
(Yenilənib 17:51 25.05.2020)
Bu gün Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun beş yaşı tamam olur. Azərbaycan Milli Məclisinin deputatı bu münasibətlə agentliyi təbrik edib. Daha ətraflı videomuzda.

Milli Məclisin deputatı, parlamentin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-ı beş illik yubileyi münasibətilə təbrik edib. O, agentliyin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

“Şüarınızda qeyd etdiyiniz kimi, deyilməyənləri dediyinizə görə sizə minnətdarlığımızı bildiririk. Sizə uğurlar və çoxrəqəmli ad günlərinizi qeyd etmənizi arzulayıram”, - deyə millət vəkili Sputnik Azərbaycan-ın əlamətdar gününə şərik olub.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerli mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik insanları doğru məlumatla təmin edir: Millət vəkilindən təbrik>>

Sputnik – dünyanın 90-dan çox şəhərində 33 dildə multimedia internet saytlarını, analoq və rəqəmsal radioyayımlarını özündə birləşdirən ən iri beynəlxalq KİV-lərdən biridir. Sputnik xəbər lentləri sutka ərzində ingilis, ərəb, ispan, çin və fars dillərində bütün dünya üzrlə aparıcı mediaları məlumatla təmin edir. Sputnik informasiya resurslarının auditoriyası ayda 80 milyondan çoxdur, Sputnik sosial şəbəkələrində isə ümumi abunəçilərin sayı 20 milyonu keçir. Bişkekdən Kişinyova, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzlərində onlarla müxtəlif milliyyəti təmsil edən minlərlə insan çalışır. Sputnik “Rossiya Segodnya” media qrupuna daxildir.

221

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1027
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1027

Daha bir şəhidimiz torpağa tapşırılıb

83
(Yenilənib 16:35 14.07.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusu 11 şəhid verib. Ordumuzun əsgərinin doğma məmləkətində necə dəfn edildiyini videomuzda izləyin.

Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Arif oğlu Mustafayev şəhid olub. Şəhidin cənazəsi doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

83
Взрыв, фото из архива

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

7
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

BAKI, 15 iyul - Sputnik. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

7