Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır

Abunə olmaq
Koronavirus pandemiyası turizm sahəsini çökdürüb desək, yanılmarıq. Ən çox əziyyət çəkən sahə isə restoran biznesidir. Uzunmüddətli karantindən sonra restoranların necə sağ qalmağa çalışdığını videomuzda izləyin.

May ayının 18-dən etibarən uzunmüddətli fasilədən sonra Bakı kafe və restoranları yenə də öz qapılarını paytaxt sakinlərinin üzünə açıb. Amma hər şey səsləndiyi qədər asan deyil. Onlar yalnız səhər 8-dən axşam 6-ya qədər işləyə bilər. Onlara qarşı qoyulan tələblər də az deyil. Pandemiya şəraitində əlavə sanitar qaydalara riayət edilməli, qonaq sayı və onlar arasında məsafənin olmasını da diqqət altında saxlanılmlıdır.

Biznes karantində: Azərbaycan mehmanxanaları koronavirus dövründə  - Sputnik Azərbaycan
VİDEO
Biznes karantində: Azərbaycan mehmanxanaları koronavirus dövründə

Bu müddət ərzində bir çox iaşə obyekti “sağ qalma” rejiminə keçməli oldu. Bəziləri çarəni çatdırma xidmətini işə salmaqda gördü. Bəziləri isə müflisləşmə həddinə çatdı.

Sputnik Azərbaycan paytaxt mərkəzində yerləşən “Qaraj” pabının sahibi Zaur Novruzovun sözlərinə görə onlar bağlı qaldıqları müddəti təmir və yenilənmə işlərinə həsr edib.

“Müştərilərimiz əsasən xaricilərdir və onlar da 6-ya qədər işdə olurlar. Buna görə də yalnız 6-ya qədər işləmək mümkünsüz görünür. Nə edək, hələ ki işimiz sağ qalmaqdır” - deyə Zaur bizimlə bölüşüb.

Bir şey aydındır. Pandemiya restoranlar üçün əsl sınağa çevrilib. Onların bu sınaqdan necə keçəcəklərini isə yalnız zaman göstərəcək.

Xəbər lenti
0