Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mozdokdan Bərdəyə: rəssam öz əsərləri üçün həqiqi rekvizitlər toplayır

Abunə olmaq
Bərdəli rəssam batal janrında işlədiyi rəsmlərinin daha canlı alınması üçün həqiqi rekvizitlərdən istifadə edir. Onun kolleksiyasının incisi olan və Mozdok döyüşlərində iştirak etmiş dəmir “döyüş atı”nı videomuzda izləyin.

Bərdə rayonu Kətəlparaq kənd sakini, batalist rəssam Bayram Bayramovun sənət yolu bu və ya digər istiqamətdə hərbi qulluqla əlaqəli olub. 

Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi  - Sputnik Azərbaycan
VİDEO
Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi

Rəssam batalist bu səhnələrin daha real göstərilməsi üçün əsl hərbi kolleksiya yaratmağa müvəffəq olub. Onun kolleksiyasının incisi isə SS əsgərlərinə məxsus Mozdok döyüşlərində iştirak etmiş motosikletdir.

“Hər bir rəssamın işlədiyi janra aid öz şəxsi kolleksiyası olmalıdır. Bu motosikleti isə mən müharibə veteranından əldə etmişəm. Həmin veteran bu rekvizitin ondan sonra onun qədrini bilən insanda olmasını istəyirdi,” - deyə batalist rəssam bizimlə bölüşüb.

İlk rekvizitlərini sadəcə rəssamlıq üçün toplamağına baxmayaraq, onun hərbi kolleksiyası artıq onun üçün yeni hobbiyə çevrilib. O, öz eksponatlarını satmaq fikrində deyil. Hətta milyon versələr belə.

Xəbər lenti
0