Günəşli Azərbaycan torpağının əbədi bağrına basdığı ölməzlər video

77
(Yenilənib 17:56 09.05.2020)
Bu gün Bakıda hərbi memorial kompleksində Böyük Vətən Müharibəsində həlak olanlar bir dəqiqəlik sükutla anıldılar. Daha ətraflı videomuzda izləyin.

Bu il II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi qeyd edilir. Qələbə gününə həsr edilmiş və planlaşdırılmış bütün tədbirlər koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınıb. Buna baxmayaraq, BVM qəhrəmanlarının xatirəsi bu gün yad edilib və heç vaxt unudulmur.

Azərbaycanın Kazaklar icması, ölkənin ictimai xadimləri və “Ölməz Alay” hərəkatının nümayəndələri Bakıda Yasamal qəbiristanlığında hərbi memorial kompleksi qarşısında ölməz qəhrəmanlarının ruhunu yad ediblər. Burada Böyük Vətən Müharibəsində həlak olmuş 250-dən çox insan dəfn edilib.

1941-1945-ci illərdə SSRİ 30 milyona qədər insan itirib. Böyük Vətən Müharibəsi cəbhələrində 600 000-dən çox azərbaycanlı vuruşub. Bunlardan 11 000-i  isə qadın olub. Azərbaycan cəbhəni neft ilə, təyyarə və tankları yanacaqla təmin etməklə Qələbəyə əvəzsiz töhfə verib.

77

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

14
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

14
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan

Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid video

37
(Yenilənib 11:03 04.12.2020)
Pərvin Salmanzadə əsgər yoldaşlarının darda olduğunu görüb, dostlarının təkidlərini dinləmədən onları xilas etməyə cumub, onların həyatını qurtarıb, özü isə ürəyindən qəlpə yarası olaraq şəhid olub. Onun ailəsinə son sözləri ilə videomuzda tanış olun.

Pərvin Salmanzadə hər gün cəbhədən ailəsinə, dostlarına, uşaqlarına zəng edərdi. Onları ruhlandırar, zarafatlarından da geri qalmazdı. Maraqlıdır ki, bütün tanışları bir ağızdan onun çox zarafatcıl olduğunu deyir. Hətta ilk dəfə cəbhəyə yollanacağını eşidən dostları ona inanmayıb.

Amma inanmalı olublar, çünki Pərvinin sorağı Şuşadan gəlməyə başlayıb. İştirak edəcəyi son Şuşa əməliyyatına yollanmazdan öncə isə anasına zəng edib və ondan halallıq istəyib, üç uşağının anasına əmanət olduğunu söyləyib, sanki anasıyla həmişəlik sağollaşırmış.

Təəssüflər olsun ki, elə də oldu. Bir neçə gün Pərvindən xəbər eşitməyən dostları daha sonra Pərvinin meyitinin Füzulidə olduğunu öyrəniblər. Daha sonra isə Pərvinin komandiri onun anasına zəng edib və hər şeyi olduğu kimi danışıb. Pərvin əsgər yoldaşlarının yaralı olduğunu görüb, arxaya baxmadan onların imdadına qaçıb. Komandiri xilas edərkən isə özü ürəyindən qəlpə yarası olaraq qəhrəmanca şəhid olub.

İndi isə onun ailəsi və yaxınları hər gün onun qəbrini ziyarət edirlər. Pərvin isə bizə arxasınca üç atasız uşaq və azad Şuşanı qoyub getdi

37

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

5
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

5
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar