Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Nəhayət, qovuşduq" - Bakı Metropoliteni bu gündən yeni qaydalarla işə başladı

Abunə olmaq
39 günlük fasilədən sonra Bakı Metropoliteni yenidən öz işini bərpa edib. Amma qaydalar əvvəlki kimi deyil – müəyyən məhdudiyyətlər qoyulub. Metropolitenin işinin bərpasının ilk gününü videomuzda izləyin.

Koronavirusla mübarizə çərçivəsində tətbiq edilən başlıca tədbirlərdən biri Bakı Metropoliteninin işinin dayandırılması idi. 39 gün ərzində Bakı əhalisi ən populyar nəqliyyat növündən istifadə edə bilmədi.

Yavaş-yavaş: Azərbaycan karantindən necə çıxır – Video  - Sputnik Azərbaycan
VİDEO
Yavaş-yavaş: Azərbaycan karantindən necə çıxır – Video

Ötən həftə isə karantin 31 maya qədər uzadılsa da, qismən zəiflədi – ticarət obyektləri, bərbər və gözəllik salonları açıldı. Bu gün isə nəhayət Bakı Metropoliteni öz işinə başladı. Amma qaydalar əvvəlki kimi deyil – müəyyən məhdudiyyətlər qoyulub.

Maska taxmadan metrodan istifadə etmək qadağandır. “Maska tapa bilmirəm” deyənlər üçün – metroda fəaliyyət göstərən apteklərdən yerində maska əldə etmək mümkündür. Amma növbə yaratmamaq və sosial məsafəni gözləmək üçün əhaliyə maskaları öncədən əldə etmək tövsiyə edilir.

Sərnişinlər metro stansiyaları ərazisində və qatarlarda sosial məsafəni gözləməlidirlər. Bundan başqa, metro stansiyalarına yalnız SMS icazə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla daxil olmaq olar.

İldırımsürətli tikinti: Bakıda birinci modul tipli xəstəxana artıq hazırdır – VİDEO  - Sputnik Azərbaycan
VİDEO
İldırımsürətli tikinti: Bakıda birinci modul tipli xəstəxana artıq hazırdır – VİDEO

Stansiyaların girişlərində sərnişinlərin hərarəti yoxlanıla bilər. Metronun özü isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti minimum intervalla təmin olunacaq.

Sosial məsafənin qorunmasını təmin etmək üçün stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr, stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulub.

Metronun iş qrafiki isə dəyişmədən qalıb – səhər 6-dan gecə 12-yə qədər. Metro gündə 3 dəfə dezinfeksiya edilir, ventilyasiya sistemi isə tamamilə yenilənib.

Bütün görülən bu tədbirlərə baxmayaraq, dəfələrlə bildirilib ki, sosial məsafə saxlanılmasa və metro açıldıqdan sonra infeksiyaya yoluxanların sayı artsa, metro yenidən bağlana bilər.

Xəbər lenti
0