“Get, mənim aslan balam” Müharibə veteranı cəbhəyə göndərildiyi ilk günü xatırlayır

42
(Yenilənib 12:31 09.05.2020)
Böyük Vətən müharibəsi veteranı və Qəhrəman ana Tacirə Qazıyeva ilk dəfə hərbi formanı 17 yaşında geyinib. O, cəbhəyə çağırıldığı ilk günü hələ də bütün detalları ilə xatırlayır. Onun xatirələrini videomuzda izləyin.

Əmək veteranı, "Qəhrəman ana" və "Qızıl ulduz" ordeni ilə təltif edilmiş Tacirə Qazıyeva 1924-cü ildə Naxçıvanda anadan olub. 17 yaşını hərbi formada qeyd edən Tacirə xanım Sputnik Azərbaycan-a müsahibəsində cəbhəyə yollandığı ilk günü xatırlayıb.

“42-ci ilin dekabrın 22-də cəbhəyə çağırıldım. 70 nəfər qız idik. Müharibəyə aparmazdan öncə isə bizə iki saatlığa evə getməyə icazə verdilər. Atam isə mətbəxdə yazıq-yazıq oturmuşdu, çünki cəbhəyə yollanan ikinci övladı idim. Məni bərk-bərk qucaqladı və məni cəbhəyə yolla saldı”, - deyə Qəhrəman ana xatırlayıb.

“O getdi, mən isə sağam” – Müharibə veteranının ilk və son sevgisi>>

Tacirə xanım cəbhəyə tibb bacısı kimi gedib və 416-cı Taqanroq Diviziyasına düşüb. Ta qələbəyə qədər müharibəni keçib, qayıdanda isə "Lenin" və "Qızıl ulduz" ordenləri ilə təltif edilib, müharibə veteranı, daha sonra isə "Qəhrəman ana" adlarına layiq görülüb. Tacirə Qazıyeva 11 uşaq böyüdüb.

42

Biz sizi sevirik: amerikalı polis Kaliforniyada etirazçılar qabağında diz çökdü VİDEO

18
(Yenilənib 16:44 03.06.2020)
ABŞ-da, Minneapolis şəhərində, 46 yaşlı afroamerikalı Corc Floydun ölümündən sonra ölkənin bir çox iri şəhərini etiraz aksiyaları bürüyüb.

Floydün ölümünə isə polis işçisi səbəb olub. Kaliforniyada bir neçə polis nümayəndəsi etiraz edənlərin yanına çıxıb və onlara müraciət edib. Onlardan biri isə hətta diz üzərinə çöküb nümayiş iştirakçılarından birini qucaqlayıb. Daha ətraflı videomuzda izləyin.

18

Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb

27
(Yenilənib 15:07 03.06.2020)
Gənc fəal Ağa Mehdiyev ilk dəfə deyil ki, təşəbbüsləri ilə media qəhrəmanına çevrilir. Bu dəfə onun bizi nə ilə təəccübləndirdiyini videomuzda izləyin.

Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. Düzdür, ideya yeni deyil, amma daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb. Ağanın məqsədi isə bu cür “mobil kitabxanaların” daha çox kiçik icmalarda peyda olmasıdır.

“Bu layihədə əsas hədəf bundan ibarətdir ki, tədricən qonşuluqda olan məhəllələrdə də insanlar öz kitabxanalarını formalaşdırsınlar – öz icmaları, öz qonşuluqlarında olan insanlar üçün”, - deyə aktivist bizimlə bölüşüb.

Ağanın amalı uşaqlara seçim verməkdir. Uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. İlk addımı da atmaqdan qorxmayıb.

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Çəkiliş zamanı kitabxana ilə maraqlanan uşaqlar bir-bir yaxınlaşıb. İlk öncə onların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib.

Prinsip isə olduqca sadədir. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hal-hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.

Gör-götür dünyasıdır. Bizi yalnız gördüyümüz, eşitdiyimiz şeylər maraqlandıra bilər. Təsəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə artıq Ağa tərəfindən atılıb.

27

Bu gün daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

3
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315, 527 test aparılıb.

BAKI, 3 iyun - Sputnik. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

3