Yavaş-yavaş: Azərbaycan karantindən necə çıxır Video

51
(Yenilənib 17:58 08.05.2020)
Bakıda karantin rejiminin hələ də davam etməsinə baxmayaraq, şəhər küçələrində insanların sayı çoxalıb. Pandemiyanın pik nöqtəsini artıq geridə qoymuş bölgələrdə də vəziyyət eynidir.

Bakıda parklar, istirahət zonaları, ticarət mərkəzləri və restoranlar hələ də bağlıdır. Amma buna baxmayaraq, bəzi ərazilərə girişin qadağan edilməsini göstərən qırmızı-ağ lentlər artıq insanları saxlaya bilmir.

Bakıda həyat canlanıb, baxmayaraq ki, paytaxtda, Sumqayıtda, Abşeron, Gəncə və Lənkəranda pandemiyanın pik nöqtəsi hələ də keçməyib.

Bakıda kimsəsiz bahar: bütün gözəllik bizdən yan keçir – VİDEO>>

Hal-hazırda Azərbaycanda koronavirus infeksiyasına 2204 yoluxma faktı qeydə alınıb. 1551 nəfər artıq sağalıb, 28 insan vəfat edib, 625 nəfərin isə hələ də xüsusi rejim xəstəxanalarında müalicəsi davam edir.

51

Biz sizi sevirik: amerikalı polis Kaliforniyada etirazçılar qabağında diz çökdü VİDEO

21
(Yenilənib 16:44 03.06.2020)
ABŞ-da, Minneapolis şəhərində, 46 yaşlı afroamerikalı Corc Floydun ölümündən sonra ölkənin bir çox iri şəhərini etiraz aksiyaları bürüyüb.

Floydün ölümünə isə polis işçisi səbəb olub. Kaliforniyada bir neçə polis nümayəndəsi etiraz edənlərin yanına çıxıb və onlara müraciət edib. Onlardan biri isə hətta diz üzərinə çöküb nümayiş iştirakçılarından birini qucaqlayıb. Daha ətraflı videomuzda izləyin.

21

Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb

28
(Yenilənib 15:07 03.06.2020)
Gənc fəal Ağa Mehdiyev ilk dəfə deyil ki, təşəbbüsləri ilə media qəhrəmanına çevrilir. Bu dəfə onun bizi nə ilə təəccübləndirdiyini videomuzda izləyin.

Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. Düzdür, ideya yeni deyil, amma daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb. Ağanın məqsədi isə bu cür “mobil kitabxanaların” daha çox kiçik icmalarda peyda olmasıdır.

“Bu layihədə əsas hədəf bundan ibarətdir ki, tədricən qonşuluqda olan məhəllələrdə də insanlar öz kitabxanalarını formalaşdırsınlar – öz icmaları, öz qonşuluqlarında olan insanlar üçün”, - deyə aktivist bizimlə bölüşüb.

Ağanın amalı uşaqlara seçim verməkdir. Uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. İlk addımı da atmaqdan qorxmayıb.

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Çəkiliş zamanı kitabxana ilə maraqlanan uşaqlar bir-bir yaxınlaşıb. İlk öncə onların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib.

Prinsip isə olduqca sadədir. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hal-hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.

Gör-götür dünyasıdır. Bizi yalnız gördüyümüz, eşitdiyimiz şeylər maraqlandıra bilər. Təsəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə artıq Ağa tərəfindən atılıb.

28
Məmur, arxiv şəkli

Cümə günlərində saatlarının qısaldılacaq

0
Bayramlı bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır.

BAKI, 3 iyun - Sputnik. "Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır:

"Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər".

0