"Ona yeganə qızını tanımaq nəsib olmadı" Milli Məclis deputatı doğma insanı haqqında

56
(Yenilənib 18:24 07.05.2020)
“Cəbhə xatirələri” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə öz ailəsinin qəhrəmanını xatırlayıb. Onun kədərli həyat yolu haqqında videomuzda izləyin.

Sputnik mətbuat mərkəzlərinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş ənənəvi layihəsi olan “Cəbhə Xatirələri” əsgər və zabitləri övladlarının xatirələri ilə yad edir. 

Azərbaycanın tanınmış ictimai və siyasi xadimi, Milli Məclisin deputatı Aydın Mirzəzadə də “Cəbhə Xatirələri” layihəsində iştirak edib. Deputat ailəsinin qəhrəmanı, müharibənin ilk günlərində döyüşlərə könüllü kimi gedən babasının dayısı haqqında xatirələrini bizimlə bölüşüb.

“1941-ci ildə, müharibənin əvvəlində onlar ilk uşaqlarının dünyaya gəlməsini gözləyirdilər. Amma vətəninin patriotu kimi, o, könüllü olaraq müharibəyə yollandı və itkin düşdü – nə məktub gəldi, nə onun haqqında bir məlumat. Və müharibənin başlanmasından üç ay sonra onun ilk və yeganə qızı dünyaya gəldi. Ona yeganə qızını tanımaq nəsib olmadı”, - deyə Milli Məclis deputatı bizə danışıb.

Aydın Mirzəzadə daha sonra ailəsinin qəhrəmanı olan Süleymanov Məhəmməd Hüseyn oğlunun yeganə qızını tapıb. İndi isə ümid edir ki, nə vaxtsa onun haqqında bütün həqiqəti öyrənə biləcək.

"Onun haqqında xatirələrim həmişəlik ürəyimdə qalacaq" – Səfa Mirzəhəsənov babası haqda>>

Qələbə Günü ərəfəsində Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Gürcüstan və Qazaxıstan Sputnikləri Belarus, Baltika, Qafqaz, Cənub və digər cəbhələrdə vuruşmuş əsgər və zabitlərin ailələrinin xatirələrini dərc edir.

“Cəbhə Xatirələri” bu ailə xatirələrini müharibə salnamələrinin bir hissəsinə çevirəcək və hər kəsə əziz olan Qələbənin hansı qəhrəmanlıqlar sayəsində qazanıldığını bir daha xatırladacaq.

56

Biz sizi sevirik: amerikalı polis Kaliforniyada etirazçılar qabağında diz çökdü VİDEO

18
(Yenilənib 16:44 03.06.2020)
ABŞ-da, Minneapolis şəhərində, 46 yaşlı afroamerikalı Corc Floydun ölümündən sonra ölkənin bir çox iri şəhərini etiraz aksiyaları bürüyüb.

Floydün ölümünə isə polis işçisi səbəb olub. Kaliforniyada bir neçə polis nümayəndəsi etiraz edənlərin yanına çıxıb və onlara müraciət edib. Onlardan biri isə hətta diz üzərinə çöküb nümayiş iştirakçılarından birini qucaqlayıb. Daha ətraflı videomuzda izləyin.

18

Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb

27
(Yenilənib 15:07 03.06.2020)
Gənc fəal Ağa Mehdiyev ilk dəfə deyil ki, təşəbbüsləri ilə media qəhrəmanına çevrilir. Bu dəfə onun bizi nə ilə təəccübləndirdiyini videomuzda izləyin.

Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. Düzdür, ideya yeni deyil, amma daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb. Ağanın məqsədi isə bu cür “mobil kitabxanaların” daha çox kiçik icmalarda peyda olmasıdır.

“Bu layihədə əsas hədəf bundan ibarətdir ki, tədricən qonşuluqda olan məhəllələrdə də insanlar öz kitabxanalarını formalaşdırsınlar – öz icmaları, öz qonşuluqlarında olan insanlar üçün”, - deyə aktivist bizimlə bölüşüb.

Ağanın amalı uşaqlara seçim verməkdir. Uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. İlk addımı da atmaqdan qorxmayıb.

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Çəkiliş zamanı kitabxana ilə maraqlanan uşaqlar bir-bir yaxınlaşıb. İlk öncə onların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib.

Prinsip isə olduqca sadədir. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hal-hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.

Gör-götür dünyasıdır. Bizi yalnız gördüyümüz, eşitdiyimiz şeylər maraqlandıra bilər. Təsəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə artıq Ağa tərəfindən atılıb.

27

Bəlkə qaytardılar - SMS icazə sistemi yenidən tətbiq edilə bilər

0
Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq

BAKI, 3 iyun - Sputnik. "Ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq", - o bildirib.

Qeyd edək ki, Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq.

0